Belarus Respublikası
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı ikitərəfli münasibətlər
Azərbaycan Respublikası Belarus Respublikası ilə münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin bütün istiqamətlər üzrə genişlənməsində və dərinləşməsində maraqlıdır. Hazırda Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir.
Ali səviyyədə mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrimizin iqtisadiyyat, ticarət, investisiyalar, kənd təsərrüfatı, humanitar, mədəniyyət, turizm və digər sahələrdə müşahidə olunan əməkdaşlığın və əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir.
Azərbaycan-Belarus ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır və bu formatlar çərçivəsində keçirilən mütəmadi görüşlər və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi və məzmunca zənginləşməsi prosesinə töhfə verir.
Azərbaycan-Belarus ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşır və qarşılıqlı dəstək nümayiş etdirirlər.
Dövlət başçılarının qarşılıqlı səfərləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa 5 rəsmi və 3 işgüzar səfər etmişdir.
- Rəsmi səfər 17-18 oktyabr 2006, 11-13 noyabr 2009, 28-29 avqust 2012, 27-28 noyabr 2015, 18-19 noyabr 2018-ci ildə baş tutub.
- İşgüzar səfər 25 oktyabr 2013 (MDB DBŞİ), 9-10 oktyabr 2014-cü ildə (MDB DBŞİ) həyata keçirilmişdir.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana 1-3 may 2007, 3-4- iyun 2010, 20-21 noyabr 2013 və 28-29 noyabr 2016-cı illərdə 4 rəsmi səfər, 12 iyun 2015 (Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi), 13-14 aprel 2021 və 11-12 noyabr 2024-cü illərdə 3 işgüzar səfər və 16-17 may 2024-cü ildə dövlət səfəri həyata keçirmişdir.
Hökumət başçılarının qarşılıqlı səfərləri
Azərbaycan Respublikasının sabiq Baş naziri A.Rasi-zadə Belarusa 1 rəsmi və 3 işgüzar səfər etmişdir.
- Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 03 oktyabr 2024-cü ildə Belarusa rəsmi səfər etmişdir.
- Belarus Respublikasının Baş nazirləri Azərbaycana 6 səfər etmişdir, son səfər 18-19 may 2022-ci ildə baş tutmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər nazirinin Belarusa 1 rəsmi səfəri olmuşdur (05-07.10.2014).
- Belarus Respublikasının xarici işlər nazirinin Azərbaycana 1 rəsmi səfəri olmuşdur (10-11.06.2013).
Parlamentlərarası əlaqələr
İki ölkə arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu 25 mart 2004-cü ildən fəaliyyət göstərir.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə Azərbaycan tərəfindən qrupun rəhbəri – Ziyad Səmədzadə.
Belarus Respublikası Parlamentində Belarus-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Belarus tərəfindən qrupun rəhbəri – Mixayil Rusıy.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 143 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
227 260.5 |
21 103.9 |
206 156.6 |
2020 |
313 163.0 |
164 915.5 |
148 248.2 |
2021 |
424 489 |
295 502 |
128 987 |
2022 |
363 597.7 |
96 864.17 |
266 733.5 |
2023 (yanvar-oktyabr) |
273 442.97 |
24 586.79 |
248 856.18 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi
Ünvan: 220002, Minsk şəhəri, Starovilenski trakt, 5
Rəsmi internet səhifəsi: minsk.mfa.gov.az
E-poçt: minsk@mission.mfa.gov.az
Tel: +375 17 300 37 66
Faks: (995 32) 224-22-33