Moldova Respublikası
Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan və Moldova arasında ikitərəfli səviyyədə səmərəli əməkdaşlıq gündəliyi mövcuddur. İki ölkə arasında əlaqələrin inkişafına Azərbaycan və Moldova xalqları arasında mövcud qarşılıqlı rəğbət müsbət təsir edir.
İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrində dinamik inkişafı üçün zəmin yaradır.
Azərbaycan-Moldova ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır.
Azərbaycan-Moldova əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldovaya 1 rəsmi və 2 işgüzar səfər etmişdir. Rəsmi səfər 21 aprel 2005-ci ildə, işgüzar səfər isə 31 may-1 iyun 2023-cü ildə (Avropa Siyasi Birliyinin sammiti) həyata keçirilmişdir.
- Moldova Respublikasının Prezidentləri Azərbaycana 4 rəsmi, 3 işgüzar səfər etmişlər. Sonuncu işgüzar səfər 14-16 mart 2019-cu ildə baş tutmuşdur.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa Azərbaycana 10-11 oktyabr 2022-ci ildə rəsmi səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Moldova Respublikasının xarici işlər naziri Niku Popesku Azərbaycana 8-9 fevral 2022-ci ildə rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
- Moldova Respublikasının Parlamentinin sədri iqor Qrosu Azərbaycana 21-24 fevral 2022-ci ildə rəsmi səfər etmişdir.
- Moldova Parlamentinin vitse-spikeri M.Popşoy 16 may 2023-cü ildə AR Milli Məclisinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Xüsusi sessiyasında, həmçinin 22-23 may 2023-cü ildə Bakıda AR Milli Məclisinin və ATƏT Parlament Assambleyasının təşkilatçılığı ilə keçirilmiş “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda iştirak etmişdir.
İki ölkə arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ilin mart ayından fəaliyyət göstərir.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə 8 nəfərdən ibarət işçi qrupu mövcuddur. Qrupun rəhbəri – Siyavuş Novruzov.
Moldova Respublikası Parlamentində Moldova-Azərbaycan parlamentlərarası əlaqələr üzrə 30 nəfərdən ibarət dostluq qrupu mövcuddur. Qrupun rəhbəri - Vitaliy Jakot.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 64 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
7 880.3 |
3 100.7 |
4 779.6 |
2020 |
7 821. 3 |
3 780.2 |
4 041.1 |
2021 |
6 286.85 |
1 285.96 |
5 000.89 |
2022 |
23 850.26 |
18 609.75 |
5 240.51 |
2023 (yanvar-oktyabr) |
13 247.01 |
9510.82 |
3 736.19 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi
Ünvan: M.Kogalniceanu küçəsi 64, MD-2009
Rəsmi internet səhifəsi: chisinau.mfa.gov.az
E-poçt: chisinau@mission.mfa.gov.az
Tel: 022 227 568, 022 214 209
Faks: 022 227 558