Waving Flag of Lithuania (Animated Gif)

 

Litva Respublikası

 

Azərbaycan Respublikası və Litva Respublikası arasında münasibətlər

Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 noyabr 1995-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Litva Respublikasında Səfirliyi 2007-ci ilin sentyabr ayında açılmışdır. Litva Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 3 aprel 2007-ci ildə açılmışdır.

 

Azərbaycan Respublikası və Litva Respublikası arasında siyasi dialoq yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir.

 

24-25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Litva Respublikasına rəsmi səfəri etmişdir.

 

29-30 aprel 2021-ci il tarixində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis Azərbaycana rəsmi səfər etmişdir

 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Nəsib Məhəməliyevdir.

Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupu  fəaliyyət göstərir. Qrupun rəhbəri Kazis Starkeviçyusdur.

 

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan və Litva arasında 39 sənəd imzalanmışdır.

 

 

İqtisadi sahədə əməkdaşlıq

 

19 Litva şirkəti Azərbaycanda ticarət, xidmət və tikinti sahəsində fəaliyyət göstərir.

 

 

İki ölkə arasında ticarət dövriyyəsi

(min ABŞ dolları)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2016

14.86

2.40

17.26

- 12.46

2017

23.89

2.30

26.19

- 21.59

2018

20.11

1.96

22.07

- 18.15

2019

19.52

2.13

21.65

- 17.39

2020

22.08

2.37

24.45

- 19.71

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi.

 

Azərbaycan Respublikasının Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 20 iyun 2008-ci il tarixində yaradılmışdır. Komissiyanın indiyədək 6 iclası keçirilmişdir.

 

 

Diplomatik Nümayəndəlik

 

Azərbaycanın Respublikasının Litva Respublikasındakı Səfirliyinin ünvanı: Ünvan: Ünvan: Gedimino pr. 35, LT-01109, Lithuania

 

Səfirliyinin rəsmi internet səhifəsi: http://vilnius.mfa.gov.az

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti