Waving Flag of Spain (Animated Gif)

 

İspaniya Krallığı

 

Azərbaycan Respublikası və İspaniya Krallığı arasında ikitərəfli münasibətlər

 

İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur.   

11 mart 2005-ci il tarixində Azərbaycan Respublikasının İspaniya Krallığında (Madrid şəhərində) Səfirliyi təsis edilmişdir.

5 may 2014-cü il tarixində iqamətgahı Ankarada olan İspaniya Səfirliyinin Bakı şəhərində nümayəndəliyi açılmışdır.

25-27 aprel 2016-cı il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo BMT-in Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.

Parlamentlərarası əlaqələr

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu 18 nəfərdən ibarətdir. Qrupun rəhbəri Sevil Mikayılovadır.

İspaniya tərəfinin mövcud təcrübəsinə əsasən İspaniya-Azərbaycan parlamentlərarası qrup işçi qaydada fəaliyyət göstərir. 5 mart 2019-cu il tarixinədək İspaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Xose Maria Çikiyo (“Xalq Partiyası”) olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və İspaniya Krallığı arasında 10 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi  (milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

2016

50,67

128,24

178,91

77,57

2017

55,58

179,6

235,20

124076,6

2018

82,96

396,37

479,33

313,41

2019

67.411,71

704.459,85

771.871,56

637048,14

2020

98.089,65

329.270,32

427.359,97

231180,35

2021 (yanvar-mart)

16.103,57

182.127,36

198.230,93

 

Azərbaycan Respublikasının ixrac etdiyi məhsullar: xam neft; dizel yanacağı, kerosin yanacağı, turboreaktiv mühərriklər, yarımkeçirici daşıyıcılar, tərkibində əsasən alüminium birləşmələri olan kül və digər qalıqlar, emal olunmamış dəri və fındıq.

Azərbaycan Respublikasına idxal olunan məhsullar: xam soya yağı və onun fraksiyaları, minik avtomobilləri, döşəmə və divarlar üçün keramikadan minalanmış üzlük plitələr.

 

Diplomatik nümayəndəlik:

 

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin ünvanı: Ronda de Avutarda 38, 28043, Madrid

 

Səfirliyin rəsmi internet səhifəsi: http://madrid.mfa.gov.az

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti