Waving Flag of Romania (Animated Gif)

Rumıniya

 

Azərbaycan Respublikası ilə Rumıniya arasında ikitərəfli münasibətlər

 

Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanımışdır. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqı üzv ölkələrinin arasında isə ilk ölkədir. 19 iyun 1992-ci ildə diplomatik əlaqələr qurulmuşdur.

1998-ci ilin 03 noyabrda Rumıniyanın Azərbaycanda,  2001-ci ilin 19 may tarixindən isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilmişdir.

 

3-4 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Rumıniyaya işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Rumınniya parlamentlərarası əlaqələr üzrə işçi qrup 8 nəfərdən ibarətdir. Qrupun rəhbəri Azay Quliyevdir. Rumıniya parlamentində 2021-ci ilin may ayından Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir. Qrup 10 nəfərdən ibarətdir. Qrupun rəhbəri Kristian-Daniel İvanutsa.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Rumıniya arasında 61 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında ticarət əlaqələri                                                (min ABŞ dolları)

 

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi

Saldo

2016

15198,1

90,3

15208,4

-15107,8

2017

68124,4

267229,9

335354,3

199105,5

2018

5550,7

44639,1

50189,8

39088,4

2019

57449,33

139189,50

196638,83

81,740,17

2020

44.134.67

71.624.23

115,758, 90

27,489,56

2021

Yanvar-mart

9.672.81

36.056.66

45.729.47

 

 

 

Rumıniyadan Azərbaycan Respublikasına əsas idxal olunan məhsullar:

müxtəlif avadanlıq və cihazlar, onların hissələri;

cərəyan mühərrikləri və avadanlıqları, naqillər; 

qara metal məmulatları;

mebel və mebellərin hissələri;

ağac yonqarlı plitələr;

dərman vasitələri;                                                                                  

  Azərbaycan Respublikasından Rumıniyaya əsas ixrac olunan məhsullar:

xam neft;

emal olunmamış aliminium ərintiləri;

qazoyllar;

reaktiv kerosin yanacağı;

kimyəvi məhsullar və preparatlar.

 

 

Diplomatik nümayəndəlik:

 

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin ünvanı: 10 Grigore Gafencu küç. Sektor 1, Buxarest

 

Səfirliyin rəsmi internet səhifəsi: http://bucharest.mfa.gov.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti