Waving Flag of Austria (Animated Gif)

 

Avstriya

 

Azərbaycan Respublikası və Avstriya Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında münasibətlər pozitiv inkişaf dinamikasına malikdir.  Ölkə başçıları, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında vacib amil olmuşdur.

Avstriya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 15 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi 1 sentyabr 1995-ci ildən fəaliyyət göstərir.Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 23 iyun 2010-cu ildən fəaliyyət göstərir.

16 may 2016-cı il, 28-30 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya səfərləri baş tutmuşdur.

 

6-8 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avstriyaya səfəri baş tutmuşdur.

25-26 may 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avstriyaya səfəri baş tutmuşdur.

 

Parlamentlərarası əlaqələr

AR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hazırki qrupun (16 millət vəkili) rəhbəri millət vəkili Tahir Mirkişilidir.

Avstriya Parlamentində Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupu (12 millət vəkili) fəaliyyət göstərir. Qrupun rəhbəri Qudrun Kuqlerin.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında 41 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi

(mln. ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İdxal

İxrac

2015

525.7

118.4

407.3

2016

175.8

63.1

112.7

2017

199.9

62.4

137,6

2018

396.5

66.8

329.7

2019

268

82.3

185.7

2020

154

50

104

 

İdxalda əsas məhsullar: xüsusi maşınlar, dəmir və ya poladdan tənəkə, dərman, o cümlədən baytarlıq preparatları; toxuculuq və dəri sənayesi üçün avadanlıq, ərzaq məhsulları və yemin emalı üçün avadanlıq.

İxracda əsas məhsullar: neft məhsulları, xam pambıq, təzə və quru meyvə və tərəvəz, paslanan metallardan məmulatlar.

“Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya” 1999-cu ildə yaradılmışdır.

Avstriya Azərbaycan Əməkdaşlıq Şurası (Cooperation Council Austria Azerbaijan - CCAA) iki ölkənin dövlət və özəl sektoru arasında əməkdaşlıq platforması olaraq 2018-ci ilin noyabr ayında Vyanada təsis edilmişdir. AR Prezidenti cənab İlham Əliyevin Avstriyaya səfəri çərçivəsində, 2019-cu ilin 30 mart tarixində CCAA-nın iki ölkənin hökumət üzvlərindən ibarət Məşvərət Heyətinin birinci iclası keçirilmişdir.

2017-ci ildən Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (10 ölkə, o cümlədən Avstriya) üzrə fəaliyyət göstərir.

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin ünvanı: Hügelgasse 2, A-1130 Vienna.

Səfirliyin internet səhifəsi: http://vienna.mfa.gov.az     

 

 

 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti