Waving Flag of the Netherlands (Animated Gif)

Niderland Krallığı

 

Azərbaycan Respublikası və Niderland Krallığı arasında münasibətlər

 

Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Niderlandda səfirliyi 20 sentyabr 2005-ci ildə fəaliyyətə başlamışdır. Niderlandın Azərbaycanda səfirliyi 26 iyun 2009-cu ildə fəaliyyət başlamışdır.

 

Azərbaycan Niderland ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Müxtəlif vaxtlarda dövlət və hökümət başçıları arasında dörd görüş keçirilmişdir:

Prezident İlham Əliyev və Baş nazir Yan Peter Balkenende, 7 may 2009-cu il, Praqa, (Şərq Tərəfdaşlığı Sammiti)

Prezident İlham Əliyev və Baş nazir Mark Rutte, 1 dekabr 2010-cu il, Astana (ATƏT-in Sammiti)

Prezident İlham Əliyev və Baş nazir Mark Rutte, 23 yanvar 2014-cü il, Davos (Dünya İqtisadi Forumu)

Prezident İlham Əliyev və Baş nazir Mark Rutte, 19 yanvar 2023-cü il, Davos (Dünya İqtisadi Forumu)

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 10 – 12 iyun 2012-ci il, Niderland Krallığının xarici işlər nazirləri Ed Kronenburq 4 mart 2010-cu il və Frans Timmermans 4 fevral 2014-cü il tarixlərində qarşılıqlı rəsmi səfərlər həyata keçirmişlər.

- Bundan başqa iki ölkənin xarici işlər nazirləri arasında 6 görüş keçirilmişdir. Sonuncu görüş 21 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Niderland Krallığının xarici işlər naziri Hanke Braun Slot arasında BMT BA-nın 78-ci sessiyası çərçivəsində Nyu Yorkda baş tutmuşdur.

 

Parlamentlərarası əlaqələr

- Niderland parlament sədri Rene van der Linden 7 – 10 sentyabr 2010-cu il tarixində Azərbaycana rəsmi səfər həyata keçirmişdir.

 

AR Milli Məclisində Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri Eldar Quliyev) fəaliyyət göstərir (12 üzvü vardır).

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında müxtəlif sahələr üzrə ümumilikdə 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

205.2

68

137.2

2020

103.9

7.9

96

2021

127.4

39.7

87.7

2022

238.8

131.9

106.9

2023

157.23

44.22

113.01

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi

Ünvan: Andries Bickerweg 6, 2517 JP, Haaqa, Niderland

Rəsmi internet səhifəsi: www.hague.mfa.gov.az

E-poçt: thehague@mission.mfa.gov.az

E-poçt (konsulluq məsələləri): consul_thehague@mission.mfa.gov.az

Tel: +31 70 392 1939

Faks: +31 70 346 96 04

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti