Waving Flag of Croatia (Animated Gif)

 

Xorvatiya Respublikası

 

Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında ikitərəfli münasibətlər

 

28 dekabr 1991-ci il tarixində Xorvatiya Azərbaycan Respublikasının müstəqilliyini  tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 26 yanvar 1995-ci ildə qurulmuşdur.

 

Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətləri 11 mart 2013-cü il tarixində imzalanmış Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinə əsaslanır. Həmçinin, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq mövcuddur və mühüm strateji məsələlərdə qarşılıqlı olaraq dəstək göstərilir.

 

2016-cı ildə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri və 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi kimi qiymətləndirmək olar.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Xorvatiyada Azərbaycan Respublikasının Səfirliyi təsis edilmiş, 2011-ci ilin fevral ayından səfirlik öz fəaliyyətinə başlamışdır.        

24 sentyabr 2019-cu il tarixində Xorvatiyanın igamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında Səfirliyinin rəsmi açılışı olmuşdur.

 

23-25 oktyabr 2016-cı il tarixlərində Xorvatiya Respublikasının Prezidenti xanım  Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

 

05-06 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xorvatiya Respublikasına rəsmi səfər etmişdir.

29 aprel 2019-cu il tarixində Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri xanım Mariya Peyçinoviç Buriç Azərbaycanda rəsmi səfərdə olmuşdur.

 

Parlamentlərarası əlaqələr

 

5 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan və Xorvatiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Könül Nurullayevadır.

 

2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Ljubica MaksimĆukdur.

 

 

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan və Xorvatiya arasında 25 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

 

11 mart 2013-cü il tarixində Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

 

Azərbaycan Respublikasından Xorvatiya Respublikasına xam neft və reaktiv kerosin yanacağı ixrac edilir.

 

Xorvatiya Respublikasından Azərbaycan Respublikasına əsasən dərman vasitələri, transformator hissələri, müxtəlif avadanlıqlar və s. idxal edilir.

 

Azərbaycanda 20-dən çox Xorvatiya şirkəti fəaliyyət göstərir. Bunlar əsasən informasiya texnologiyaları, neft sənayesi, energetika, dəmir yolu infrastrukturu sahələrini əhatə edir.

Azərbaycan ilə Xorvatiya arasında ticarət dövriyyəsi

(min. ABŞ dolları ilə)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2019 yanvar-iyun

1 441,47

134 848,11

136,289.58

133,406.64

2018

1 928,31

245 843,96

247 772,27

243 915,65

2017

1 434,4

174 262,9

175 697,2

172 828,5

2016

51182.5

233539.1

284721.6

182356.6

 

 

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfirliyinin ünvanı: Srebrnjak 104, Zagreb 10000.

Səfirliyin rəsmi internet səhifəsi: http://zagreb.mfa.gov.az

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti