Waving Flag of Slovenia (Animated Gif)

Sloveniya Respublikası

 

Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında ikitərəfli münasibətlər

 

Sloveniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1996-cı ildə qurulmuşdur.

 

Azərbaycan Sloveniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- İlham Əliyev:

rəsmi səfər – 27-29 avqust 2006-cı il

rəsmi səfər – 9-10 iyun 2011-ci il

- Danilo Türk:

rəsmi səfər 9-10 noyabr 2009-cu il

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Yanez Yanşa:

rəsmi səfər – 15-16 yanvar 2013-cü il

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Elmar Məmmədyarov:

işgüzar səfər – 5-6 dekabr 2005-ci il

rəsmi səfər – 17-18 aprel 2008-ci il

- Dimitriy Rupelin:

rəsmi səfər – 19-20 aprel 2002-ci il

işgüzar səfər – 1-2 aprel 2005-ci il

işgüzar səfər – 5 sentyabr 2005-ci il

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupun 8 üzvü var. Qrupun rəhbəri Ağalar Vəliyevdir.

 

Sloveniya Respublikasının Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun 7 üzvü var. Qrupun rəhbəri Boyan Çebeladır.

 

- Sloveniya Respublikası Milli Şurasının sədrləri Mitya Bervar 2-5 mart 2015-ci il tarixində Azərbaycana rəsmi, Aloyz Kovşa isə 25-26 oktyabr 2018-ci il tarixində işgüzar səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Sloveniya arasında 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan-Sloveniya Birgə İşçi Qrupu 2014-cü ilin iyul ayında təsis edilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

17 148.70

26.02

17 122.68

2020

10 397.52

0.00

10 397.52

2021

24

4.3

19.7

2022

25.5

1.2

24.3

2023

40.0

11.3

28.7

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti