Slovakiya Respublikası
Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında ikitərəfli münasibətlər
Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.
Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu il tarixindən fəaliyyət göstərir.
14 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Slovakiya Respublikasında Səfirliyi təsis olunmuşdur.
24 aprel 2009-cu il tarixində Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərir.
Azərbaycan Slovakiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- İlham Əliyev:
işgüzar səfər (18-19 mart 2004)
Baş nazirlərin qarşılıqlı səfərləri
- Peter Pelleqrini:
rəsmi səfər (12-14 noyabr 2018-ci il)
- Robert Fitso:
rəsmi səfər (6-7 may 2024-cü il)
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Elmar Məmmədyarov:
işgüzar səfər – 5-6 dekabr 2019
- Ceyhun Bayramov:
rəsmi səfər – 6-7 iyun 2023-cü il
- Miroslav Layçak:
işgüzar səfər – 4-5 mart 2019
işgüzar səfər – 27-28 noyabr 2019
- İvan Korçok:
işgüzar səfər – 17 mart 2021
rəsmi səfər – 19 oktyabr 2021
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun sədri Anar Məmmədovdur.
Slovakiyanın Parlamentində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur.
- Slovakiya Parlamentinin sədri Boris Kollar son beş ildə Azərbaycana bir rəsmi (10-13 iyun 2022) və iki işgüzar (15-17 may 2023 və 5-6 sentyabr 2023) səfər etmişdir.
- AR Milli Məclisinin sədri Sahibə Qafarova 7-9 oktyabr 2021-ci il tarixində Slovakiyaya rəsmi səfər etmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Slovakiya arasında 13 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
19 oktyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu təsis edilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
28.9 |
0.4 |
28.5 |
2020 |
28.4 |
0.04 |
28.5 |
2021 |
39.3 |
1.1 |
38.2 |
2022 |
52.7 |
0.2 |
52.5 |
2023 |
61.89 |
0.09 |
61.8 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi