Şimali Makedoniya Respublikası
Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər
25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur.
2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur.
Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfiri yoxdur.
Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- AR xarici işlər naziri Elmar Məmmədyarov 28-29 iyun 2007-ci il tarixində Skopyeyə, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 12 aprel 2023-cü il tarixində Bakıya işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Qrupun rəhbəri millət vəkili Fazil Mustafadır.
Şimali Makedoniya Məclisində müvafiq parlamentlərarası dostluq qrupunun 8 üzvü var: Qrupun rəhbəri Enes İbrahimdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 5 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
01.01.2024-cü il tarixinə Azərbaycan Respublikasında 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir.
Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 19.04.2013-cü il tarixində imzalanmışdır və hazırda qüvvədədir.
Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 19.04.2013-ci il tarixində imzalanmış, 12.08.2013-cü il tarixində qüvvəyə minmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
1 092.74 |
326.86 |
765.88 |
2022 |
1 608.74 |
0.00 |
1 608.74 |
2023 |
1 564.51 |
11.10 |
1 553.41 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi