Waving Flag of Serbia (Animated Gif)

Serbiya Respublikası

 

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli münasibətlər

 

Keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulmuşdur.

 

8 iyun 2011-ci il tarixində Azərbaycanın Serbiyada səfirliyi açılmışdır. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda səfirliyi təsis edilmişdir.

 

Azərbaycan və Serbiya strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. 8 fevral 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 21 may 2018-ci ildə Bakıda “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və 23 noyabr 2022-cü ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanmışdır.   

 

Azərbaycan Serbiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına 2 rəsmi, 1 işgüzar səfəri baş tutmuşdur. Sonuncu səfər 10 dekabr 2023-cü il tarixində həyata keçirilmişdir.

- Serbiya Respublikasının Prezidentinin indiyədək Azərbaycana 5 səfəri olmuşdur. Sonuncu səfər (işgüzar) Aleksandar Vuçiç tərəfindən 20 dekabr 2022-ci il tarixində həyata keçirilmişdir.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

13-15 aprel 2015-ci il tarixlərində Serbiya Respublikasının Baş naziri Aleksandar Vuçiç Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər nazirlərinin Serbiya Respublikasına indiyədək 6 səfəri baş tutmuşdur. Sonuncu səfər (rəsmi) nazir Ceyhun Bayramov tərəfindən 6-7 noyabr 2023-cü il tarixlərində həyata keçirilmişdir.

- Serbiya Respublikasının xarici işlər nazirlərinin Azərbaycan Respublikasına 9 səfəri baş tutmuşdur. Sonuncu səfər (işgüzar) İvitsa Daçiç tərəfindən 2 mart 2023-cü il tarixində həyata keçirilmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Məlahət İbrahimqızıdır. Serbiya Respublikasının Parlamentində Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Duşan Mariçdir.

 

- Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti 24-25 may 2023-cü il tarixində Serbiyaya rəsmi səfər etmişdir.

- Serbiya Respublikası Parlamentinin (Milli Assambleya) sədri tərəfindən Azərbaycan Respublikasına 3 səfər baş tutmuşdur. Sonuncu səfər (rəsmi) Milli Assambleyasının sədri Vladimir Orliç tərəfindən 5-7 oktyabr 2023-cü il tarixlərində həyata keçirilmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 2010-2023-cü illər ərzində 57 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 2011-ci ilin iyun ayı tarixində yaradılmışdır.

 

Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Serbiya tərəfindən əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviçdir. Komissiyanın sonuncu (VII) iclası 28 aprel 2023-cü il tarixində Belqrad şəhərində keçirilmişdir.  

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

8 523.44

408.95

8 114.49

2020

9 060.78

1 196.18

7 864.60

2021

9 232.94

1 189.86

8 043.08

2022

10 885.79

1 743.38

9 142.41

2023

11 365.52

495.00

10 870.52

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi

Ünvan: Pere Velimirovica küçəsi 25, 11000 Belqrad, Serbiya

Rəsmi internet səhifəsi: www.belgrade.mfa.gov.az

E-poçt: belgrade@mission.mfa.gov.az

Tel: + 381 11 3515 101 (Konsulluq məsələləri: + 381 11 3515 102)

Faks: + 381 11 3515 103

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti