Waving Flag of San Marino (Animated Gif)

San Marino Respublikası

 

Azərbaycan və San-Marino Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan və San-Marino arasında diplomatik münasibətlər 19 aprel 2002-ci ildə qurulmuşdur.

 

Azərbaycan və San Marino arasında münasibətlərin tarixində məhdud sayda səfərlər həyata keçirilmiş, təmaslar daha çox beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- San Marino Respublikasının Kapitan Regentləri Andrea Belutsi və Roberto Venturini:

10-13 iyun 2015-ci il, Bakı – işgüzar səfər (Avropa Oyunlarının açılış mərasimində iştirak)

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Paskal Valentini:

7-9 sentyabr 2015-ci il, Bakı - rəsmi səfər

- San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi:

2-3 may 2018-ci il, Bakı - rəsmi səfər

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə  San-Marino Respublikası arasında 5 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında kənd təsərrüfatı, sənaye, neft-kimya, turizm, yüksək texnologyalar və alternativ enerji sahələrində əməkdaşlıq imkanları mövcuddur.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

0.34

0.00

0.34

2020

311.90

40.52

271.38

2021

462.99

144.67

318.32

2022

834.000

396.83

437.17

2023

971.07

167.68

803.39

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti