Rumıniya Respublikası
Azərbaycan Respublikası ilə Rumıniya arasında ikitərəfli münasibətlər
Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi 19 may 2001-ci il tarixindən fəaliyyət göstərir. Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyi 3 noyabr 1998-ci il tarixindən fəaliyyət göstərir.
29 sentyabr 2009-cu il tarixində “Azərbaycan Respublikası ilə Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə” imzalanmışdır.
Azərbaycan Rumıniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- AR Prezidenti İlham Əliyev 17 dekabr 2022-ci il tarixində Rumıniyada işgüzar səfərdə olmuşdur.
- Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 6 noyabr 2023-cü il tarixində AR xarici işlər naziri Ceyhun Bayramov Rumıniyada rəsmi səfərdə olmuşdur.
- 25 iyun 2021-ci il tarixində Rumıniyanın sabiq xarici işlər naziri Boqdan Auresku Aİ-nin mandatı əsasında Azərbaycanda işgüzar səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu 25 nəfərdən ibarətdir. Qrupun rəhbəri sədri Azay Quliyevdir.
Rumıniya Parlamentində Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupu 20 nəfərdən ibarətdir. Qrupun rəhbəri Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri v.i.e. Alfred-Robert Simonisdir.
- AR Milli Məclisinin sədri Sahibə Qafarova 9-11 oktyabr 2023-cü il tarixlərində Rumıniyada rəsmi səfərdə olmuşdur.
- Rumıniya Parlamentinin Deputatlar Palatasının sabiq sədri (hazırkı Baş Nazir) Marçel Çolaku 2023-cü ilin 26-28 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 61 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan-Rumıniya Hökumətlərarası ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın indiyədək 8 iclası keçirilmişdir. Sonuncu iclas 1 aprel 2024-cü il tarixində Bakıda keçirilmişdir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Rumıniya tərəfindən həmsədri energetika naziri Sebastian-Ioan Burdujadır.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
196 638.83 |
139 189.50 |
57 449.33 |
2020 |
115 758.90 |
71 624.23 |
44 134.67 |
2021 |
215 535.53 |
120 591.52 |
94 944.01 |
2022 |
518 396.12 |
446 866.00 |
71 530.12 |
2023 |
670 128.23 |
604 469.37 |
65 658.37 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Rumıniya Respublikasındakı Səfirliyi
Ünvan: 10 Grigore Gafencu küç. Sektor 1, Buxarest, Rumıniya
Rəsmi internet səhifəsi: www.bucharest.mfa.gov.az
E-poçt: bucharest@mission.mfa.gov.az
Tel: + 40 (21) 233 24 66, 84
Faks: + 40 (21) 233 24 65