Monteneqro Respublikası
Azərbaycan Respublikası ilə Monteneqro Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanımışdır. 24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
24 aprel 2012-ci il tarixində Azərbaycanın Monteneqroda, 5 aprel 2019-cu il tarixində Monteneqronun Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyətə başlamışdır. 3 dekabr 2013-cü il tarixində Monteneqronun Azərbaycanda Fəxri konsulluğu açılmışdır.
Azərbaycan Monteneqro ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya 12-13 mart 2013-cü il tarixində rəsmi səfər etmişdir.
- Monteneqro Prezidenti Milo Cukanoviç 14-15 mart 2019-cu il tarixlərində VII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər etmişdir.
Baş nazirlərin qarşılıqlı səfərləri
- Monteneqro Baş nazirləri Azərbaycana 5 dəfə səfər etmişdir. Sonuncu səfər Baş nazir Dritan Abazoviç tərəfindən 5-6 iyul 2023-cü il tarixlərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək məqsədilə həyata keçirilmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 4-5 may 2011-ci il tarixində Monteneqroya səfər etmişdir.
- İndiyədək Monteneqro xarici işlər naziri səviyyəsində Azərbaycana 2 səfər baş tutmuşdur. Sonuncu dəfə 1-3 noyabr 2017-ci il tarixlərində xarici işlər naziri S. Darmanoviç Azərbaycana səfər etmişdir.
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində Azərbaycan - Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 7 üzvü var, qrupun rəhbəri millət vəkili İqbal Məmmədovdur.
10 iyun 2021-ci il tarixində Monteneqro Parlamentində Azərbaycan ilə parlamentlərarası dostluq qrupu yaradılmışdır. İşçi qrupunun 5 üzvü var, qrupun sədri millət vəkili Miodraq Lekiçdir.
- Monteneqro Parlamentinin sədri səviyyəsində Azərbaycana indiyədək 3 səfər baş tutmuşdur. Sonuncu səfər (işgüzar) 2023-cü ildə Daniela Duroviç tərəfindən həyata keçirilmişdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 20 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir. Bu günədək Birgə Komissiyanın 2 iclası keçirilmişdir. İlk iclas 5 mart 2014-cü il tarixində Podqoritsa şəhərində, 2-ci iclas 24-25 iyun 2019-cu il tarixində Bakı şəhərində keçirilmişdir. Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Monteneqro tərəfindən həmsədr əmək və sosial rifah naziri Naida Nişiçdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
113.41 |
0.6 |
112.81 |
2022 |
0 |
226.39 |
226.39 |
2023 |
2.63 |
346.73 |
349.36 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi
Ünvan: Skoj-a 32 Toloşi, Podqoritsa, 81000, Monteneqro
Rəsmi internet səhifəsi: www.podgorica.mfa.gov.az
E-poçt: podgorica@mission.mfa.gov.az
Tel: +38220281181 (Növbətçi tel: +38269133103)
Faks: +38220281182