Waving Flag of Monaco (Animated Gif)

Monako Knyazlığı

 

Azərbaycan Respublikası və Monako Knyazlığı arasında ikitərəfli münasibətlər

 

Monako və Azərbaycan arasında diplomatik əlaqələr 19 dekabr 2007-ci il tarixində yaradılmışdır.

 

İki ölkə arasında diplomatik yazışmalar Azərbaycan Respublikasının və Monako Knyazlığının Fransa Respublikasındakı Səfirlikləri vasitəsilə həyata keçirilir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- 18-19 fevral 2014-cü il tarixində Monako Şahzadəsi II Albert Azərbaycana səfər etmişdir.

- 23 yanvar 2015-ci il tarixində Prezident İlham Əliyevin Davosda Monako Şahzadəsi II Albert ilə görüşü baş tutumuşdur.

- 12 iyun 2015-ci il tarixində Monako Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

- 28 sentyabr 2016-cıl il tarixində Azərbaycan Respublikasının Milli Məclisində AŞPA-nın “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminarı keçirilmişdir. Tədbirdə Monako Parlamentinin üzvü Beatris Fresko-Rolfo iştirak etmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 4 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

118.04

9.16

108.88

2020

85.43

0

85.43

2021

54.96

0

54.96

2022

103.15

0

103.15

2023

82.63

0

82.63

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti