Waving Flag of Malta (Animated Gif)

Malta Respublikası

 

Azərbaycan və Malta Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan və Malta arasında diplomatik münasibətlər 9 yanvar 1995-ci ildə qurulmuşdur.

 

Azərbaycan Malta ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Malta Respublikasının Prezidenti Marie Luiz Koleiro Preka:

26-27 aprel 2016-cı il, Bakı, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunda iştirak – işgüzar səfər

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Malta Respublikasının Baş naziri Cosef Muskat:

15-16 dekabr 2014-cü il, Bakı, rəsmi səfər;

28 aprel 2015-ci il, Bakı, III Qlobal Bakı Forumunda iştirak – işgüzar səfər.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Malta Respublikasının xarici işlər naziri Corc Vella:

28-29 aprel 2016-cı il, Bakı – rəsmi səfər

- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov:

18-19 aprel 2017-ci il, Valetta – rəsmi səfər

 

Parlamentlərarası əlaqələr

AR Milli Məclisində Azərbaycan–Malta parlamentlərarası əlaqələr üzrə 5 nəfərdən ibarət işçi qrupu mövcuddur. Qrupun rəhbəri Qüdrət Həsənquliyevdir. Malta Parlamentində isə Malta–Azərbaycan parlamentlərarası dostluq qrupu 2012-ci ilin oktyabr ayında fəaliyyətə başlamışdır. Qrupun rəhbəri Kris Acusdur.

 

- Malta parlamentinin sədri Angelo Farrugia 26 sentyabr 2016-cı il, 1 noyabr 2015-ci il və 9 oktyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasına işgüzar səfərlər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Malta Respublikası arasında 4 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində 11 Malta şirkəti fəaliyyət göstərir.

 

Azərbaycan və Malta arasında Birgə Hökumətlərarası Komissiya mövcud deyil.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

12 652.38

12 492.99

159.39

2020

9 801.87

9 616.68

185.19

2021

16 855.63

16 581.94

273.69

2022

22 539.54

22 371.51

168.03

2023

37 755.07

37 586.84

168.23

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti