Waving Flag of Hungary (Animated Gif)

Macarıstan Respublikası

 

Azərbaycan Respublikası və Macarıstan arasında ikitərəfli münasibətlər

 

Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 aprel 1992-ci il tarixində qurulmuşdur.

 

Azərbaycanın Macarıstandakı Səfirliyi 1 sentyabr 2004-cü il tarixində təsis olunmuşdur. Macarıstanın Azərbaycandakı Səfirliyi 12 yanvar 2009-cu ildə təsis olunmuşdur.

 

Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. 11 noyabr 2014-cü il tarixində “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, 30 yanvar 2023-cü il tarixində isə “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.

 

Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana 5 dəfə səfər etmişdir. Sonuncu səfərlər 29-30 yanvar (rəsmi) və 20-21 avqust (işgüzar) 2023-cü il tarixlərində baş tutmuşdur.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana 5 dəfə səfər etmişdir. Sonuncu səfər (işgüzar) 23-24 noyabr 2023-cü il tarixlərində baş tutmuşdur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun 20 avqust (işgüzar) və 4-5 sentyabr (rəsmi) 2023-cü il tarixlərində Macarıstana səfərləri baş tutmuşdur.

- Macarıstan xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana 10-dan çox səfəri baş tutub. Sonuncu səfər 25-26 aprel 2024-cü il tarixlərində (işgüzar) həyata keçirilmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynlidir.

 

Macarıstan Parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri hakim FİDESZ partiyasının təmsilçisi Attila Tilkidir.

 

- AR Milli Məclisinin sədri Sahibə Qafarovanın 28-30 iyun 2021-ci il (rəsmi) və 13-14 sentyabr 2023-cü il (işgüzar) tarixlərində Macarıstana səfərləri baş tutmuşdur.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 57 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyası iki ölkə arasında iqitsadi-ticari sahədə əlaqələrin inkişafında vacib mexanizm kimi çıxış edir. Komissiyanın bu günədək 9 iclası keçirilib. Sonuncu iclas 26 aprel 2024-cü il tarixində Bakıda keçirilmişdir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri Peter Siyartodur.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

36

0.7

35

2020

38.8

1

37.7

2021

35 161.43

1 793.17

33 368.26

2022

47 399.68

2 322.76

45 076.92

2023

48 411.67

4 794.49

43 617.18

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyi

Ünvan: Eötvös küçəsi 14, 1067 Budapeşt, Macarıstan

Rəsmi internet səhifəsi: www.budapest.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti