Waving Flag of Luxembourg (Animated Gif)

Lüksemburq Böyük Hersoqluğu

 

Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu arasında münasibətlər

 

Lüksemburq Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. 1 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır.

 

Lüksemburq Azərbaycanda Niderland Krallığının səfirliyi vasitəsilə təmsil olunur. Konsulluq məsələlərində Lüksemburqu Belçikanın ölkəmizdəki səfirliyi, viza məsələlərində isə Fransanın ölkəmizdəki səfirliyi təmsil edir.

 

Azərbaycan Lüksemburq ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Lüksemburqa 1 dəfə işgüzar səfər etmişdir.

- 2015-ci ildə Lüksemburqun Böyük Hersoqu Henri Beynəlxalq Olimpiya Komitəsinin üzvü qismində ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana işgüzar səfər etmişdir.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə 22 iyun 1999-cu il tarixində Lüksemburqa işgüzar səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Lüksemburqa 4 səfər etmişdir. Sonuncu səfər 15 oktyabr 2018-cü il tarixində olmuş və səfər çərçivəsində iki ölkə nazirləri arasında görüş baş tutmuşdur.

- Lüksemburq xarici işlər naziri Lydie Polfer 15–16 iyul 2002-ci il tarixlərində Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində 6 deputatdan ibarət Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi Qrupu 13 dekabr 2005-ci il tarixində təsis edilmişdir. Qrupun rəhbəri Şahin İsmayılovdur.

 

Lüksemburq parlamentinin üzvlərinin sayı 60 nəfərdir. Bu səbəbdən hər hansı ölkə üzrə parlamentlərarası işçi qruplarının yaradılması təcrübəsi mövcud deyil.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 5 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

22.9

17.60

5.3

2020

26.2

22.7

3.5

2021

30.34

26.9

3.44

2022

85.6

5.6

80

2023

34.7

31.7

3

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti