Lixtenşteyn Knyazlığı
Azərbaycan Respublikası və Lixtenşteyn Knyazlığı arasında ikitərəfli münasibətlər
21 yanvar 1992-ci il tarixində Azərbaycan Respublikası və Lixtenşteyn Knyazlığı arasında diplomatik əlaqələr qurulmuşdur. Lixtenşteyn xarici ölkələrdə, o cümlədən Azərbaycanda təmsilçiliyini İsveçrə vasitəsilə aparır.
Azərbaycan Lixtenşteynlə əlaqələrin inkişaf etdirilməsinə əhəmiyyət verir. Azərbaycanla Lixtenşteyn arasında siyasi dialoq əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 2016-cı ildə oktyabr tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
- 26-30 iyun 2015-ci il tarixlərində Lixtenşteyn Parlamentinin Sədri Albert Frik Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun dəvəti ilə Azərbaycana rəsmi səfər etmişdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 1 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
218 |
- |
218 |
2022 |
139 |
- |
139 |
2023 |
181.74 |
- |
181.74 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi