Latviya Respublikası
Azərbaycan Respublikası və Latviya Respublikası arasında münasibətlər
Latviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Latviya Respublikasında Səfirliyi 2005-ci ildə açılmışdır.
Latviya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 2006-cı ildə açılmışdır.
Azərbaycan Latviya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Latviyaya:
3-5 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına dövlət səfəri etmişdir;
17-18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir;
16-18 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir.
- Azərbaycana:
3-4 oktyabr 2005-ci il tarixində Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;
9-13 avqust 2009-cu il tarixində Latviya Respublikasının Prezidenti cənab Valdis Zatlers Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;
24-25 aprel 2013-cü il tarixində Latviya Respublikasının Prezidenti cənab Andris Berzinş Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;
16-17 mart 2017-ci il tarixində Latviya Respublikasının Prezidenti cənab Raymonds Veyonis Azərbaycan Respublikasına işgüzar səfər etmişdir;
8-9 mart 2023-cü il tarixində Latviya Respublikasının Prezidenti cənab Eqils Levits Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Baş nazirlərin qarşılıqlı səfərləri
- Azərbaycana:
27-28 noyabr 2012-ci il tarixində Latviya Respublikasının Baş naziri cənab Valdis Dombrovskis Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Latviyaya:
23-24 aprel 2008-ci il tarixlində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına rəsmi səfər etmişdir;
14-15 aprel 2015-ci il tarixlində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına rəsmi səfər etmişdir;
21-22 may 2015-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına işgüzar səfər etmişdir;
12-13 dekabr 2019-cu tarixlində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına rəsmi səfər etmişdir.
- Azərbaycana:
10-12 iyul 2001-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri İndulis Berzins Azərbaycana rəsmi səfər etmişdir;
16-18 aprel 2007-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri Artis Pabriks Azərbaycana rəsmi səfər etmişdir;
16-17 aprel 2009-cu il tarixində Latviya Respublikasının xarici işlər naziri Maris Riekstinş Azərbaycana rəsmi səfər etmişdir;
23-25 fevral 2012-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir;
12-14 fevral 2017-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
- Latviyaya:
2-4 iyun 2006-cı il tarixlərində Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) sədri Oqtay Əsədov Latviya Respublikasına rəsmi səfər etmişdir;
28-30 may 2017-ci il tarixlərində Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) sədri Oqtay Əsədov Latviya Respublikasına rəsmi səfər etmişdir;
1-3 fevral 2022-ci il tarixlərində Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər etmişdir.
- Azərbaycana:
2-5 oktyabr 2016-cı il tarixlərində Latviya Respublikası Parlamentinin sədri İnara Murnietse Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kamran Bayramovdur.
Latviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Oleqs Burovsdur.
Müqavilə-hüquq bazası
Azərbaycan və Latviya arasında 45 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
47 Latviya şirkəti Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.
2005-ci ilin 3 oktyabr tarixində iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın indiyədək 8 iclası keçirilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
12.66 |
0.86 |
11.80 |
2020 |
12.67 |
0.87 |
11.80 |
2021 |
27.19 |
9.88 |
17.31 |
2022 |
46.3 |
27.6 |
18.7 |
2023 |
50.1 |
43.3 |
16.8 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi
Ünvan: Raina Bulvaris 2-5, Riqa, LV-1050, Latviya
Rəsmi internet səhifəsi: www.riga.mfa.gov.az