İtaliya Respublikası
Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər
İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
20 fevral 2020-ci il tarixində Roma şəhərində Azərbaycan Respublikasının Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir.
Azərbaycan-İtaliya çoxölçülü münasibətləri strateji tərəfdaşlıq xarakterinə malikdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev:
24-27 sentyabr 1997-ci il, Roma və Neapol – rəsmi səfər
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev:
24-26 fevral 2005-ci il, Roma – rəsmi səfər
25-26 noyabr 2008-ci il, Roma – rəsmi səfər
2 iyun 2011-ci il, Roma – işgüzar səfər
13-15 iyul 2014-cü il, Roma – rəsmi səfər
8-10 iyul 2015-ci il, Roma – işgüzar səfər
19-21 fevral 2020-ci il, Roma – dövlət səfəri
31 avqust-2 sentyabr 2022-ci il, Roma/Çernobbio - işgüzar səfər
- İtaliya Respublikasının Prezidenti Sercio Mattarella:
18-19 iyul 2018-ci il, Bakı - dövlət səfəri
Vitse-prezidentlərin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban Əliyeva:
25 noyabr-4 dekabr 2011-ci il, Roma - rəsmi səfər
19-22 aprel 2012-ci il, Roma - rəsmi səfər
25-26 sentyabr 2018-ci il, Roma - rəsmi səfər
Baş nazirlərin qarşılıqlı səfərləri
- İtaliya Respublikasının Baş naziri Enriko Letta:
11-12 avqust 2013-cü il, Bakı - rəsmi səfər
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov:
6-7 oktyabr 2004, Roma – işgüzar səfər
7 oktyabr 2009, Roma – rəsmi səfər
19-20 fevral 2010, Roma – işgüzar səfər
28-30 aprel 2010, Roma – işgüzar səfər
4-6 iyun 2010, Venesiya – işgüzar səfər
6 iyul 2011, Roma – işgüzar səfər
4 fevral 2013, Roma – işgüzar səfər
20 aprel 2017, Roma – rəsmi səfər
24-25 oktyabr 2017, Roma – işgüzar səfər
29 mart 2018, Roma – işgüzar səfər
5-7 dekabr 2018, Roma – işgüzar səfər
15-18 sentyabr 2019, Roma – işgüzar səfər
- İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Emma Bonino:
17 dekabr 2013, Bakı – işgüzar səfər
- İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni:
7 noyabr 2016, Bakı – rəsmi səfər
- İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio:
2 aprel 2022 – rəsmi səfər
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov:
20 may 2022, Turin – işgüzar səfər
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrup 34 nəfərdən ibarətdir. Qrupun rəhbəri Azər Kərimlidir.
İtaliyanın Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun tərkibi 16 nəfərdən ibarətdir. Rəhbəri senator Marko Skurria olan qrup 18 aprel 2023-cü il tarixində formalaşıb.
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov 2 dəfə İtaliyaya (Roma) 3-5 may 2010-cu il və 6-8 may 2019-cu il tarixlərində rəsmi səfərlər etmişdir.
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 17-19 may 2021-ci il tarixlərində İtaliyaya rəsmi səfər etmişdir.
- İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kazellati 18-19 oktyabr 2018-ci il tarixində Bakıda rəsmi səfərdə olmuşdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və İtaliya Respublikası arasında 79 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İtaliya Azərbaycanın, eləcə də Azərbaycan İtaliyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 % Azərbaycanın payına düşür və Azərbaycan Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır. Uzun illərdir Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib.
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Hökumətlərarası Komissiyanın sonuncu 5-ci iclası 14 yanvar 2020-ci il tarixində Romada keçirilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
6 008 539.03 |
5 638 641.82 |
369 897.21 |
2020 |
4 568 453.85 |
4 172 239.62 |
396 214.23 |
2021 |
9 663 178.34 | 9 243 521.37 | 419 656.96 |
2022 |
18 122 940.73 |
17 782 508.08 |
340 432.64 |
2023 |
15 685 971.57 | 15 208 067.60 | 477 903.97 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi
Ünvan: Viale Regina Margherita 1, 00198 Roma, İtaliya
Rəsmi internet səhifəsi: www.rome.mfa.gov.az