Waving Flag of Switzerland (Animated Gif)

İsveçrə Konfederasiyası

 

Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlər

 

İsveçrə Azərbaycan Respublikasının müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycanın İsveçrə Konfederasiyasında səfirliyi 6 oktyabr 2004-cü ildə təsis olunmuş, 2005-ci ilin sentyabr ayından etibarən Bern şəhərində fəaliyyətə başlamışdır.

 

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyi 2007-ci ildə təsis edilmiş, səfirliyin rəsmi açılışı 2008-ci ilin mayında həyata keçirilmişdir.

 

Azərbaycan İsveçrə ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti İsveçrəyə ümumilikdə 19 işgüzar səfər həyata keçirmişdir. Sonuncu səfər 2023-cü ilin 16-20 yanvar tarixlərində Dünya İqtisadi Forumunun İllik Toplantısında iştirakla əlaqədar baş tutmuşdur.

 

- İsveçrə Prezidentləri ölkəmizə 3 dəfə səfər etmişdir. Sonuncu işgüzar səfər 1-2 iyun 2014-cü ildə Didye Burkhalter tərəfindən həyata keçirilib.

 

Vitse-prezidentlərin qarşılıqlı səfərləri

- AR Vitse-Prezidenti Mehriban Əliyeva Dünya İqtisadi Forumunda iştirak məqsədilə 2018, 2019 və 2020-ci illərdə İsveçrəyə səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- AR Xarici işlər naziri səviyyəsində İsveçrəyə ümumilikdə 6 işgüzar səfər həyata keçirilib. Sonuncu işgüzar səfər (Cenevre şəhəri) nazir Ceyhun Bayramov tərəfindən 2023-cü ilin 11-13 sentyabr tarixlərində həyata keçirilib.

- İsveçrə Xarici işlər naziri səviyyəsində səfər 2015-ci ild’Didye Burkhalter tərəfindən həyata keçirilib. O, Azərbaycanda keçirilən 1-ci Avropa oyunlarının açılış mərasimində iştirak məqsədilə ölkəmizə səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan – İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2 oktyabr 2006-cı ildə təsis edilmişdir. İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu 2 mart 2009-cu ildə təsis edilmişdir.

 

Parlament sədrləri səviyyəsində İsveçrə tərəfindən 3, Azərbaycan tərəfindən 2 rəsmi səfər həyata keçirilib.

- 2019-cu ilin 10-11 oktyabr tarixlərində Kantonlar Şurasının Prezidenti (Senat) Jan-Rene Furnye  Azərbaycana rəsmi səfər etmişdir.

- 2022-ci ilin 9-11 may tarixlərində AR Milli Məclisinin Sədri Sahibə Qafarova İsveçrəyə rəsmi səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 31 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 2003-cü ildə təsis edilmişdir. Komissiyanın bu günə kimi 9 iclası keçirilmişdir. Sonuncu iclas 2022-ci il 13 dekabr tarixində Bakı şəhərində keçirilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

1 402 367.56 

179 090.07

1 223 277.49

2020

304 962.13

224 780.86

80 181.27

2021

457 297.86

272 548.63

184 749.23

2022

500 729.63

430 478.01

70 251.62

2023

185 062.91

129 878.71

55 184.20

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi

Ünvan: Kramburgstrasse 10, 3006 Bern, İsveçrə

Rəsmi internet səhifəsi: www.bern.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti