Waving Flag of Sweden (Animated Gif)

İsveç Krallığı

 

Azərbaycan Respublikası və İsveç Krallığı arasında münasibətlər

 

İsveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 16 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 8 may 1992-ci il tarixində qurulmuşdur. 

 

Azərbaycan Respublikasının İsveç Krallığında Səfirliyi 11 mart 2005-ci il tarixində təsis edilmiş, fəaliyyətə isə 2008-ci ilin yanvar ayında başlamışdır.

 

İsveç Krallığının Azərbaycan Respublikasında Səfirliyi müvəqqəti işlər vəkili səviyyəsində 1 mart 2014-cü il tarixindən fəaliyyətə başlamışdır.  2020-ci ilin sentyabr ayından təmsilçilik səfir səviyyəsinə qaldırılmışdır.

 

Azərbaycan İsveç ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- İsveçə səfərlər:

7-9 avqust 2006-cı il – xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;

6-7 noyabr 2017-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;

4-6 noyabr 2019-cu il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;

2-3 dekabr 2021-ci il – xarici işlər naziri Ceyhun Bayramovun işgüzar səfəri.

- Azərbaycana səfərlər:

20-21 iyul 2009-cu il – xarici işlər naziri Karl Bildtin işgüzar səfəri; 

12 iyun 2011-ci il – xarici işlər naziri Karl Bildtin rəsmi səfəri;

12 dekabr 2012-ci il – xarici işlər naziri Karl Bildtin işgüzar səfəri; 

9-10 fevral 2016-cı il – xarici işlər naziri Marqot Vallstömun işgüzar səfəri;

14-15 mart 2021-ci il – xarici işlər naziri Ann Lindenin işgüzar səfəri.                

 

Parlamentlərarası əlaqələr

Parlament spikerləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilməyib.

 

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kamilə Əliyevadır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və İsveç arasında 1 hüquqi sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

26 İsveç şirkəti Azərbaycanda ticarət və xidmət sahəsində fəaliyyət göstərir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

32.94

0.47

32.47

2020

38.45

0.97

37.48

2021

77.10

5.69

71.41

2022

70.1

18.9

51.2

2023

59.26

1.56

57.7

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi

Ünvan: Barnhusgatan 3, 111 23, Stokholm, İsveç

Rəsmi internet səhifəsi: www.stockholm.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti