İspaniya Krallığı
Azərbaycan Respublikası və İspaniya Krallığı arasında ikitərəfli münasibətlər
İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur.
11 mart 2005-ci il tarixli 862-IIQ nömrəli Qanuna əsasən Azərbaycan Respublikasının İspaniya Krallığında (Madrid şəhərində) Səfirliyi təsis edilmişdir.
5 may 2014-cü il tarixində İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin müvafiq qərarı ilə iqamətgahı Ankarada olan İspaniya Səfirliyinin Bakı şəhərində Nümayəndəliyi açılmışdır.
Azərbaycan İspaniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 29 noyabr 2013-cü il tarixində Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Vilnüs Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İspaniya Krallığının Baş naziri Mariano Raxoy arasında görüş keçirilmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 4-5 iyun 2007-ci il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri və ATƏT-in fəaliyyətdə olan sədri M.A.Moratinos Azərbaycanda səfərdə olmuşdur.
- 15-17 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov İspaniya Krallığına rəsmi səfər etmişdir.
- 22-24 aprel 2014-cü il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo Azərbaycanda rəsmi səfərdə olmuşdur.
- 25-27 aprel 2016-cı il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo BMT-in Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.
- 6-8 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri C.Bayramov İspaniya Krallığına rəsmi səfər etmişdir.
- 17 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşmüşdür.
Parlamentlərarası əlaqələr
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu 14 nəfərdən ibarətdir. Qrupun rəhbəri Sevil Mikayılovadır.
Mövcud təcrübəyə əsasən, hazırda İspaniya parlamentinin heç bir palatasında digər ölkələrlə parlamentlərarası işçi qrup fəaliyyət göstərmir. Buna qədər İspaniya-Azərbaycan parlamentlərarası işçi qrupu işçi qaydada mövcud olmuş və 5 mart 2019-cu il tarixinədək işçi qrupun rəhbəri funksiyalarını “Xalq Partiyası”ndan (Partido Popular – PP) Xose Maria Çikiyo Barber (José María Chiquillo Barber) yerinə yetirmişdir.
- 28 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İspaniya Krallığına işgüzar səfər etmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və İspaniya Krallığı arasında 2010-2023-cü illər ərzində qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığa dair müxtəlif səviyyələrdə 7 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İspaniyanın 24 şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
771 871.56 |
704 459.85 |
67 411.71 |
2020 |
427 359.97 |
329 270.32 |
98 089.65 |
2021 |
645.82 |
564.43 |
81.38 |
2022 |
1 103.78 |
1 008.99 |
94.78 |
2023 |
888.50 |
785.36 |
103.13 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi
Ünvan: Avutarda dairəsi 38, 28043, Madrid, İspaniya
Rəsmi internet səhifəsi: www.madrid.mfa.gov.az