Waving Flag of Iceland (Animated Gif)

İslandiya Respublikası

 

Azərbaycan Respublikası və İslandiya Respublikası arasında münasibətlər

 

İslandiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 19 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 fevral 1998-ci il tarixində qurulmuşdur.

 

Azərbaycanın İslandiyada səfirliyi yoxdur. Birləşmiş Krallıqdakı səfirliyimiz eyni zamanda İslandiyada akkreditə olunmuşdur.

 

İslandiyanın Azərbaycan Respublikasında səfirliyi mövcud deyil. Rusiyadakı səfirliyi eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.

 

Azərbaycan İslandiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 16-18 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslandiya Respublikasına işgüzar səfəri baş tutub. Səfər çərçivəsində, nazir Ceyhun Bayramov İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edib.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

3.297

0.015

3.282

2020

4.187

0.018

4.169

2021

5 427.49

6.18

5 421.31

2022

2 343.29

11.28

2 332.01

2023

1 490.72

0.00

1 490.72

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının İslandiya Respublikasında akkreditə olunmuş Səfirliyi

Ünvan: 4 Kensington Court, London W8 5DL, Birləşmiş Krallıq

Rəsmi internet səhifəsi: www.london.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti