Waving Flag of Finland (Animated Gif)

Finlandiya Respublikası

 

Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında münasibətlər

 

Finlandiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il 24 mart tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri iqamətgahı Stokholmda olmaqla, eyni zamanda Norveç və Finlandiyada akkreditə olunur.

Finlandiya ölkəmizdə səfirliyi yoxdur, lakin iqamətgahı Helsinkidə olmaqla ölkəmizə səyyar səfir təyin etmək təcrübəsini tətbiq edir.

 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Razi Nurullayevdir.

 

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında 5 sənəd imzalanmışdır.

 

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycanda 10-dan çox Finlandiya şirkəti fəaliyyət göstərir (sahələr: sənaye, ticarət, tikinti və xidmət).

 

İki ölkə arasında ticarət dövriyyəsi

(milyon ABŞ dolları ilə)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2016

12.62

0.27

12.89

2017

18.42

0.75

19.17

2018

29.33

0.62

29.95

2019

54.5

0.4

54.9

2020

25.425

0.22

25.647

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

 

Diplomatik Nümayəndəlik

 

Azərbaycanın Respublikasının İsveç Krallığındakı Səfirliyinin ünvanı: Ünvan Barnhusgatan 3, 111 23, Stockholm

Səfirliyinin rəsmi internet səhifəsi: www.stockholm.mfa.gov.az    

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti