Waving Flag of Bulgaria (Animated Gif)

 

Bolqarıstan Respublikası

 

Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ikitərəfli münasibətlər

 

Bolqarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 14 yanvar 1992-ci  il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı davamlı olaraq qarşılıqlı maraq nümayiş etdirilmişdir.

 

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında Səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 1999-cu ildə fəaliyyətə başlamışdır.

 

3-5 mart 2015-ci il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.  

 

12-14 oktyabr 2017-ci il tarixlərdə Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.  

 

12-14 may 2016-cı il tarixlərində Bolqarıstan Respublikasının xarici işlər naziri Daniyel Mitov Azərbaycana rəsmi səfər etmişdir.

 

30-31 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2005-ci ilin dekabr ayında yaradılmışdır. Qrupun rəhbəri millət vəkili Rauf Əliyevdir.

Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisində Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Həmid Həmiddir.

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan və Bolqarıstan arasında ümumilikdə 104 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın aparıcı istiqaməti enerji sahəsidir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artmış və son 4 il üzrə ən yüksək göstəricidir.

 

Azərbaycandan Bolqarıstana ixracın tərkibi: kənd təsərrüfatı məhsulları, xam neft, kerosin yanacağı, maye qaz.

 

Bolqarıstandan Azərbaycana idxalın tərkibi: kənd təsərrüfatı və ərzaq məhsulları, şirniyyat, mühərrik benzinləri, dərman vasitələri, kosmetik vasitələr, tütün xammalı və papiros kağızı, pambıq məmulatları, qara metaldan məhsullar, avadanlıq.

 

Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi

(milyon ABŞ dolları ilə)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2019

14.19

79.69

93.88

65,5

2018

26.41

39.47

65.88

13.06

2017

37274.7

153.3

37428

-37121.4

2016

39423.4

386.3

39809.7

-39037.1

2015

12721.6

497.9

13219.5

-12223.7

 

 

 

 

 

 

 

 

 

Diplomatik nümayəndəlik

 

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin ünvanı: Sofia 1113, Ç.Darvin küçəsi 6.

Səfirliyin rəsmi internet səhifəsi: www.sofia.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti