Waving Flag of Turkey (Animated Gif)

Türkiyə Respublikası

 

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər

 

Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1992-ci ilin yanvar ayında açılmışdır. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır.

 

Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulmuş müasir Azərbaycan-Türkiyə münasibətləri öz müstəsnalığı ilə fərqlənir və hərtərəfli strateji müttəfiqlik kimi səciyyələndirilir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi Türkiyə Respublikası ikitərəfli əlaqələrin bütün sahələr üzrə hərtərəfli inkişafı Azərbaycan xarici siyasətinin ümdə prioriteti olmuşdur.

 

Ümumilli Lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsi ilə bağlı uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş və 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması ilə özünün ən parlaq dövrünə qədəm qoymuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailliyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir. Hazırda Azərbaycan-Türkiyə münasibətlərində ciddi əməkdaşlıq və nailiyyətlərin müşahidə edilmədiyi heç bir sahə mövcud deyildir.

 

Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin inkişafında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya, parlamentlərarası dostluq qrupu və digər platformalar əhəmiyyətli rol oynayır və bu formatlar çərçivəsində keçirilən mütəmadi görüşlər və yüksək səviyyəli qarşılıqlı səfərlər müttəfiqlik səviyyəsinə yüksəldilmiş əlaqələrimizin inkişaf dinamikasını saxlanılması prosesinə öz müstəsna töhfəsini verir.

 

Azərbaycan və Türkiyənin xüsusilə, enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələr ölkələrimizi bir-birinə yaxınlaşdırmaq və əməkdaşlığımızı mahiyyətcə yeni müstəviyə yüksəltməklə yanaşı, regionun hüdudlarını aşaraq onun geosiyasi mənzərəsini dəyişmiş, o cümlədən qlobal enerji təhlükəsizliyini təmin etmiş və qitələrarası yeni nəqliyyat bağlantılarını formalaşdırmışdır. Hazırda Azərbaycan və Türkiyə Yaşıl Enerji Dəhlizi və Şərq-Qərb Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizinin (Orta dəhliz) inkişaf etdirilməsi istiqamətində iki ölkə və ümumilikdə regionun rifahı və tərəqqisi naminə birgə səy göstərir.

 

Tarixinin ən parlaq inkişaf dövrünü yaşayan Azərbaycan-Türkiyə əlaqələri regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə müttəfiqlik ruhuna xas olaraq yanaşır, qarşılıqlı dəstək nümayiş etdirir, hətta hər hansı birinin təmsil olunmadığı beynəlxalq platformalarda belə ortaq maraqlardan çıxış edirlər.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasına səfərləri:

 

30 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TANAP-ın Avropaya birləşməsinin açılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Ədirnə şəhərinə işgüzar səfər etmişdir.

- 12 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TDƏŞ-in VIII Zirvə görüşü toplantısında  iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər etmişdir.

- 10-11 mart 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir.

- 14 may 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Rize şəhərinə işgüzar səfər etmişdir.

- 9 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə işgüzar səfər etmişdir.

- 25 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir.

- 15-16 mart 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TDT-nin Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir.

- 29 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər etmişdir.

- 3 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir.

- 18-19 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyəyə rəsmi səfər etmişdir.

10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyəyə işgüzar səfər etmişdir.

 

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfərləri:

 

14-16 iyun 2021-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşa və Bakı şəhərlərinə rəsmi səfər etmişdir.

- 26 oktyabr 2021-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Füzuli və Zəngilan şəhərlərinə rəsmi səfər etmişdir.

- 28 may 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir.

- 20 oktyabr 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Zəngilan şəhərinə rəsmi səfər etmişdir.

- 12-13 iyun 2023-cü ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinə dövlət səfər etmişdir.

- 25 sentyabr 2023-cü ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Naxçıvan şəhərinə rəsmi səfər etmişdir.

- 12 noyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər işgüzar etmişdir.

 

Vitse-prezidentlərin qarşılıqlı səfərləri

 

21 dekabr 2023-cü ildə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər etmişdir.

 

Hökumət başçılarının qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun Türkiyə Respublikasına səfərləri:

 

18-19 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov Türkiyə Respublikasının Ankara şəhərinə rəsmi səfər etmişdir.

- 7-8 may 2024-cü ildə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov Türkiyəyə rəsmi səfər etmişdir.

 

Türkiyə Respublikasının Baş naziri Binali Yıldırımın Azərbaycana səfərləri:

 

14-15 mart 2018-ci ildə Türkiyə Respublikasının Baş naziri cənab Binali Yıldırım 6-cı Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakı şəhərinə rəsmi səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasına səfərləri:

 

11 avqust 2021-ci ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərinə ilk rəsmi səfər etmişdir.

17-19 iyun 2021-ci ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Antalya şəhərinə səfər etmişdir.

27 sentyabr  2021-ci ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDƏŞ ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün işgüzar Türkiyə Respublikasına səfər etmişdir.

11 noyabr  2021-ci ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDƏŞ ə üzv dövlətlərin xarici işlər nazirlərinin 8-ci iclasında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

6 iyun  2022-ci ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Diplomatik münasibətlərin təsis edilməsinin 30-cu il dönümü tədbirində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

8-9 avqust  2022-ci ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 13-cü Səfirlərin Konfransında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

11 fevral  2023-cü ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov zəlzələdən zərər çəkmiş əraziləri ziyarət etmək üçün Kahramanmaraş şəhərinə işgüzar səfər etmişdir.

29 fevral – 1 mart 2024-cü ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər etmişdir.

15-16 mart 2023-ci ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDƏŞ-in Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

31 iyul 2023-cü ildə Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərinə rəsmi səfər etmişdir.

27 avqust 2024-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər etmişdir.

18 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər etmişdir.

 

Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu və Hakan Fidanın Azərbaycana səfərləri:

 

25 fevral 2020-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın VIII iclasında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir.

4-5 mart 2022-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakı şəhərinə işgüzar səfər etmişdir.

28 may 2022-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir.

26 iyun 2022-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin” toplantısında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir.

5-6 iyul 2023-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Şurasının iclasında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir.

10 oktyabr 2023-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclası iştirak etmək üçün Şuşa şəhərinə işgüzar səfər etmişdir.

13-14 dekabr 2023-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Azərbaycan Respublikasına ilk rəsmi səfər etmişdir.

15 mart 2024-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Azərbaycana işgüzar səfər etmişdir.

5 iyul 2024-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Azərbaycana işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

 

AR Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Əhliman Əmiraslanovdur. Qrup 59 nəfər millət vəkilindən ibarətdir.

 

Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Şamil Ayrımdır. Qrupun İdarə heyəti 10 nəfərdən ibarətdir.

 

Müqavilə-hüquq bazası

 

Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 282 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

4 509 496.04

2 862 694.58

1 646 801.46

2020

1 563.05

2 597.78

4 160.83

2021

4 661 845.29

2 818 136.00

1 843 709.29

2022

5 842 177.73

3 544 755.91

2 297 421.92

2023 (yanvar-oktyabr)

6 747 082.62

4 838 893.74

1 908 188.93

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi

Ünvan: Ankara, Çankaya, Oran 06450, Bakı küç. 1 Diplomatik site

Rəsmi internet səhifəsi: ankara.mfa.gov.az

E-poçt: ankara@mission.mfa.gov.az (consul_ankara@mission.mfa.gov.az)

Tel: (0312) 491 16 81 ((0312) 490 69 13)

Faks: +90 312 4920430

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti