Müqəddəs Taxt-Tac
Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyi 2022-ci ildə fəaliyyətə başlamışdır.
Azərbaycan Müqəddəs Taxt-Tacla münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Prezident Heydər Əliyev:
24-27 sentyabr 1997-ci il, rəsmi səfər
- Prezident İlham Əliyev:
26 fevral 2005-ci il, rəsmi səfər
6 mart 2015-ci il, rəsmi səfər
22 fevral 2020-ci il, rəsmi səfərlər
- Papa II İoann Pavel:
22-23 may 2002-ci il rəsmi səfər
- Papa Fransisk:
02 oktyabr 2016-cı il, rəsmi səfər
Vitse-prezidentlərin qarşılıqlı səfərləri
- Mehriban Əliyeva:
26 sentyabr 2018-ci il, rəsmi səfər
Baş nazirlərin qarşılıqlı səfərləri
- Dövlət katibi Kardinal Tarcisio Bertone:
6-9 mart 2008-ci il, rəsmi səfər
- Dövlət katibi Kardinal Pietro Parolin:
8-11 iyul 2023-cü il, rəsmi səfər
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Elmar Məmmədyarov:
6 iyul 2011-ci il, işgüzar səfər
- Elmar Məmmədyarov:
17 sentyabr 2019-cu il, rəsmi səfər
- Covanni Layola:
19-22 may 2006-cı il, rəsmi səfər
- Arxiyepiskop Pol Riçard Qallager:
9-12 fevral 2018-ci il, rəsmi səfər
Parlamentlərarası əlaqələr
- Oqtay Əsədov:
19 mart 2013-cü il, işgüzar səfər (Papa Fransiskin inauqurasiya mərasimində iştirak etmək məqsədilə)
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında 9 sənəd imzalanmışdır.