Litva Respublikası
Azərbaycan Respublikası və Litva Respublikası arasında münasibətlər
Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 noyabr 1995-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Litva Respublikasında Səfirliyi 2007-ci ilin sentyabr ayında açılmışdır. Litva Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 2007-ci ilin aprel ayında açılmışdır.
Azərbaycan Litva ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Litvaya səfərlər:
13-14 sentyabr 2007-ci il – Prezident İlham Əliyevin rəsmi səfəri;
10-11 oktyabr 2007-ci il – Prezident İlham Əliyevin işgüzar səfəri;
29 noyabr 2013-cü il – Prezident İlham Əliyevin işgüzar səfəri;
21-22 may 2023-cü il – Prezident İlham Əliyevin rəsmi səfəri.
- Azərbaycana səfərlər:
13 oktyabr 2005-ci il – Prezident Valdas Adamkusun işgüzar səfəri;
8-9 iyun 2006-cı il – Prezident Valdas Adamkusun rəsmi səfəri;
19-21 iyun 2007-ci il – Prezident Valdas Adamkusun işgüzar səfəri;
13-14 noyabr 2008-ci il – Prezident Valdas Adamkusun işgüzar səfəri;
2-3 may 2011-ci il – Prezident Dalia Qribauskaytenin rəsmi səfəri;
17-19 may 2022-ci il – Prezident Gitanas Nausedanın rəsmi səfəri.
Baş nazirlərin qarşılıqlı səfərləri
- Litvaya səfərlər:
1-3 aprel 2004-cü il – Baş nazir Artur Rasi-zadənin rəsmi səfəri.
- Azərbaycana səfərlər:
21-22 aprel 2008-ci il – Baş nazir Qediminas Kirkilasın rəsmi səfəri;
7-8 aprel 2013-cü il – Baş nazir Alqirdas Butkyaviçüsün işgüzar səfəri.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Litvaya səfərlər:
10-11 oktyabr 2007-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;
6-7 dekabr 2011-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;
28 noyabr 2013-cü il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;
24-25 aprel 2017-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;
8-9 may 2023-cü il – xarici işlər naziri Ceyhun Bayramovun rəsmi səfəri.
- Azərbaycana səfərlər:
8-10 aprel 2002-ci il – xarici işlər naziri Antanas Valionisin işgüzar səfəri;
7-8 aprel 2009-cu il – xarici işlər naziri Viqaudas Uşatskasın rəsmi səfəri;
13-14 mart 2011-cü il – xarici işlər naziri Audronüs Ajubalisin işgüzar səfəri;
1-2 aprel 2012-cü il, xarici işlər naziri Audronüs Ajubalis, rəsmi səfər;
5-6 mart 2013-cü il – xarici işlər naziri Linas Linkyaviçüsün rəsmi səfəri;
21-22 oktyabr 2014-cü il – xarici işlər naziri Linas Linkyaviçüsün rəsmi səfəri;
29-30 aprel 2021-cü il – xarici işlər naziri Qabrielius Landsberqisin rəsmi səfəri;
25 iyun 2021-ci il – xarici işlər naziri Qabrielius Landsberqisin işgüzar səfəri.
Parlamentlərarası əlaqələr
- Litvaya səfərlər:
5-6 iyun 2006-cı il – Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri;
3-5 fevral 2022-ci il – Milli Məclisin sədri Sahibə Qafarovanın rəsmi səfəri.
- Azərbaycana səfərlər:
5-7 iyun 2005-ci il – Parlamentin sədri Arturas Paulauskasın rəsmi səfəri;
8-11 fevral 2011-ci il – Parlamentin sədri İrena Dequtienenin rəsmi səfəri;
7-8 noyabr 2019-cu il – Parlamentin sədri Viktoras Prantskietisin rəsmi səfəri.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Nəsib Məhəməliyevdir.
Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kazis Starkeviçyusdur.
Müqavilə-hüquq bazası
Azərbaycan və Litva arasında 44 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
“Azərbaycan Respublikasının Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” 2009-cu ildə yaradılmışdır. Komissiyanın indiyədək yeddi iclası keçirilmiş, son iclas 9 may 2023-cü il tarixdə Vilnüsdə keçirilmişdir.
28 Litva şirkəti Azərbaycanda nəqliyyat, tikinti, ticarət və xidmət sahəsində fəaliyyət göstərir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
21.65 |
2.13 |
19.52 |
2020 |
24.45 |
2.37 |
22.08 |
2021 |
42.02 |
13.9 |
28.12 |
2022 |
32.91 |
6.51 |
26.40 |
2023 |
55.6 |
2.4 |
53.2 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi
Ünvan: Gedimino prospekti, 35, LT-01109, Litva
Rəsmi internet səhifəsi: www.vilnius.mfa.gov.az