Macarıstan
Azərbaycan Respublikası və Macarıstan arasında ikitərəfli münasibətlər
Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. Diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulmuşdur.
Azərbaycanın Macarıstandakı Səfirliyi 1 sentyabr 2004-cü ildə təsis olunmuşdur.
Macarıstanın Azərbaycandakı Səfirliyi 12 yanvar 2009-cu ildə təsis olunmuşdur.
Macarıstanın Baş naziri Viktor Orbanın 5-6 mart 2016-cı il, 14-15 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.
24 iyul 2017-ci il, 31 avqust 2017-ci il, 20 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin Macarıstana səfərləri baş tutmuşdur.
28 iyun 2016-cı il, 29 iyun 2018-ci il, 29 mart 2019-cu il, 17 iyul 2020-ci il, 10 mart 2021-ci il tarixlərində Macarıstan xarici işlər nazirinin Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Qrupun rəhbəri millət vəkili Əli Hüseynlidir.
Macarıstan Parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu (8 millət vəkili) fəaliyyət göstərir. Qrupun rəhbəri Farkaş Qerqeydir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 45 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza təşkil edir.
İki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)
İl |
Ticarət dövriyyəsi |
İdxal |
İxrac |
2015 |
28 |
28 |
0,2 |
2016 |
41 |
40 |
0,9 |
2017 |
43 |
41 |
1,9 |
2018 |
67 |
66 |
1,5 |
2019 |
36 |
35 |
0,7 |
2020 |
38,8 |
37,7 |
1 |
Mənbə: AR İqtisadiyyat Nazirliyi
İqtisadi əlaqələrin inkişaf etdirilməsində Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiya vacib mexanizm hesab olunur. Azərbaycan tərəfdən Komissiyanın həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən xarici işlər və ticarət naziri Peter Siyartodur. İndiyədək Komissiyanın 7 iclası keçirilmişdir. 7-ci iclas 2020-ci ilin 14 fevral tarixində Budapeştdə keçirilmişdir.
Diplomatik nümayəndəlik
Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin ünvanı: Eötvös utca 14, 1067 Budapest
Səfirliyin internet səhifəsi: http://budapest@mission.mfa.gov.az