Finlandiya Respublikası
Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında münasibətlər
Finlandiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 30 dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 24 mart 1992-ci il tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının Finlandiya Respublikasında səfirliyi mövcud deyil. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi eyni zamanda Finlandiyada da fəaliyyət göstərir.
Finlandiya ölkəmizdə səfirliyini yoxdur. Finlandiya iqamətgahı Helsinkidə olmaqla ölkəmizə səyyar səfir təyin etmək təcrübəsindən yararlanır.
Azərbaycan Finlandiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycana səfərlər:
29-30 sentyabr 2005-ci il – Prezidenti Tarya Halonenin rəsmi səfəri
- Finlandiyaya səfərlər:
29-30 may 2008 il – Prezidenti İlham Əliyevin rəsmi səfəri
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycana səfərlər:
4-5 oktyabr 2004-cü il –xarici işlər naziri Erkki Tuomioyanın rəsmi səfəri;
3-4 oktyabr 2006-cı il – xarici işlər naziri Erkki Tuomioyanın işgüzar səfəri;
28 fevral 2008-ci il – xarici işlər naziri İlkka Kanervanın Azərbaycana işgüzar səfəri;
1-3 aprel 2012-ci il –xarici işlər naziri Erkki Tuomioyanın rəsmi səfəri.
- Finlandiyaya səfərlər:
29 iyun - 1 iyul 2006-cı il – xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;
4-5 dekabr 2008-ci il – xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;
14-15 may 2014-cü il – xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri.
Parlamentlərarası əlaqələr
- Finlandiyaya səfərlər:
1 iyun 2006-cı il tarixində - Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Razi Nurullayevdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Finlandiya arasında 6 hüquqi sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
16 Finlandiya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahəsində fəaliyyət göstərir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
54.9 |
0.4 |
54.5 |
2020 |
25.647 |
0.22 |
25.425 |
2021 |
25.88 |
0.38 |
25.50 |
2022 |
130.86 |
0.50 |
130.36 |
2023 |
100.12 |
0.35 |
99.77 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Finlandiya Respublikasında akkreditə olunmuş Səfirliyi
Ünvan: Barnhusgatan 3, 111 23, Stokholm, İsveç
Rəsmi internet səhifəsi: www.stockholm.mfa.gov.az