Azərbaycan ərazilərinin işğalı

Ermənistan qanunsuz və əsassız ərazi iddialarının reallaşdırıması məqsədilə 1991-ci ilin sonu - 1992-ci ilin əvvəlində Azərbaycana qarşı tam miqyaslı müharibəyə başlamışdır. Nəticədə, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. Müharibə nəticəsində on minlərlə insan həyatını itirmiş, şəhərlər, qəsəbələr və kəndlər dağıdılmışdır. Bütün işğal olunmuş ərazilərdə 700 mindən çox azərbaycanlı etnik təmizləyə məruz qalmışdır. Həmçinin, 1980-ci illərin sonunda Ermənistanda vaxtı ilə sayı yarım milyon olmuş və həmin dövrə təxminən 250 000 qalmış azərbaycanlı da öz əzəli torpaqlarından vəhşicəsinə qovuldu.

 

Ermənistan tərəfindən Azərbaycanın aşağıdakı əraziləri işğala məruz qalmışdır:

 

Ermənistan tərəfindən hərbi işğala məruz qalmış Azərbaycan əraziləri

 

Yaşayış məntəqəsinin adı

İşğal tarixi

Kərki (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası)

15.01.1990

Bağanis Ayrım (Qazax rayonu)

24.03.1990

Xankəndi

28.12.1991

Xocalı

26.02.1992

Xeyrimli (Qazax rayonu)

08.03.1992

Aşağı Əskipara (Qazax rayonu)

12.03.1992

Bərxudarlı (Qazax rayonu)

27.04.1992

Sofulu (Qazax rayonu)

27.04.1992

Şuşa

08.05.1992

Qızılhacılı (Qazax rayonu)

11.05.1992

Laçın

18.05.1992

Yuxarı Əskipara (Qazax rayonu)

08.06.1992

Xocavənd

02.10.1992

Kəlbəcər

02.04.1993

Ağdərə[1]

07.07.1993

Ağdam

23.07.1993

Füzuli

23.08.1993

Cəbrayıl

23.08.1993

Qubadlı

31.08.1993

Zəngilan

29.10.1993

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

[1] Ağdərə rayonu 13 oktyabr 1992-ci ildə ləğv edilmiş və ərazisi Ağdam, Kəbəcər və Tərtər rayonlarının inzibati tərkibinə daxil edilmişdir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti