Kuba Respublikası
Azərbaycan Respublikası və Kuba Respublikası arasında ikitərəfli münasibətlər
Kuba Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. 27 mart 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur.
Kuba Respublikasının Azərbaycanda Səfirliyi 12 oktyabr 2007-ci ildə təsis edilmişdir.
Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudes 25-26 oktyabr 2019-cu il tarixində Azərbaycana işgüzar səfəri olmuşdur.
Xarici işlər nazirləri səviyyəsində 28-29 sentyabr 2006-cı ildə E.Məmmədyarovun Kubaya rəsmi səfəri və 17-18 fevral 2011-ci ildə Bruno Rodriqes Parilla Azərbaycana rəsmi səfəri olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Rəhbəri Elşad Mirbəşir oğludur. Kuba Respublikası Parlamentində Kuba-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun sədri Yanisbell Sançes Rodriqesdir.
Müqavilə-hüquq bazası
Azərbaycanla Kuba arasında 10 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikasının Kuba ilə əsas idxal məhsulları: spirtli içkilər, siqar və tütün məmulatları, qadın çantaları, poçt markaları, dövlət rüsumu markaları və ya analoji markalar.
Azərbaycan Respublikasının Kuba ilə əsas ixrac məhsulları: təzə pnevmatik rezin şinlər.
Azərbaycan və Kuba arasında ticarət dövriyyəsi
(min. ABŞ dolları)
İllər üzrə |
Ticarə dövriyyəsi |
İdxal
|
İxrac
|
2013-cü il |
7.9 |
7.9 |
0.00 |
2014-cü il |
44.1 |
44.1 |
0.0 |
2015-ci il |
74.6 |
68.8 |
5.8 |
2016-cı il |
71 |
69.9 |
1.1 |
2017-ci il |
223.3 |
223.27 |
0.02 |
2018-ci il |
167.53 |
167.52 |
0.01 |
2019-cu il |
105.13 |
102.93 |
12.2 |
Mənbə: AR Dövlət Gömrük Komitəsi