Waving Flag of Venezuela (Animated Gif)

Venesuela Bolivar Respublikası

 

Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasındakı münasibətlər

 

12 may 1995-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr qurulmuşdur. 3 fevral 2018-ci il tarixində Venesuela Səfirliyinin rəsmi açılışı olmuşdur və 1 iyun tarixində Səfirlik fəaliyyətə başlamışdır.

2016-cı il 10 oktyabr tarixində Venesuela Bolivar Respublikasının Prezidenti cənab Nikolas Maduro və AR Prezidenti cənab İlham Əliyev arasında İstanbul şəhərində keçirilən 23-cü Dünya Enerji Konqresi zamanı  görüş keçirilmişdir.

2016-cı il 21-22 oktyabr və 2019-cu il 25-26 oktyabr tarixlərində Venesuela Bolivar Respublikasının Prezidenti N.Maduro ölkəmizdə rəsmi səfərdə olmuşdur.

13-18 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin növbəti iclasında iştirak etmək məqsədilə Venesuelaya işgüzar səfər etmişdir.

 

Müqavilə-hüquq bazası:

İki ölkə arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq:

2020-ci ildə Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikası ilə ticarət dövriyyəsinin həcmi 2.67 min ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 2.67, ixracın həcmi isə 0 min ABŞ dolları).

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

 

Azərbaycandan Venesuelaya ixrac: qiymətsiz metaldan digər bərkidici armatur və furnitur.

Azərbaycan və Venesuelanın neft hasil və ixrac edən ölkələr olmasını nəzərə alaraq, bu sahədə əməkdaşlıq böyük potensiala malikdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti və Venesuela dövlət neft şirkəti arasında əldə edilmiş “SWAP” razılaşmasına əsasən ARDNŞ 2011-ci ildə Belarusa 5 milyon ton xam neft çatdırılmışdır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti