Kanada
Azərbaycan Respublikası və Kanada arasında münasibətlər
Azərbaycan ilə Kanada arasında diplomatik münasibətlər 10 iyul 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Kanadada Səfirliyi 2004-cü ilin sentyabr ayında təsis olunmuşdur. Kanadanın Türkiyə Respublikasındakı Səfirliyi, eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur. Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbovdur. 2019-cu il oktyabr ayından etibarən Kanadanın Türkiyədəki səfiri Jamal Khokhar, eyni zamanda Azərbaycana akkreditə olunmuşdur. Azərbaycanın Kanadada Fəxri Konsulluğu mövcud deyildir.
Prezidentlər və Vitse-prezidentlər, eləcə də xarici işlər nazirləri səviyyəsində səfərlər həyata keçirilməmişdir.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi Qrupun 13 üzvü var, Qrupun rəhbəri Tural Gəncəliyevdir. Kanada Parlamentində hər iki palatanın üzvlərindən ibarət Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Filip Lourensdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 4 sənəd imzalanmış, 2 sənəd layihəsi isə baxılmaqdadır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən Azərbaycan və Kanada arasında ticarət dövriyyəsinə dair məlumat:
Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi
(min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2018 |
763,585.11 |
162,409.12 |
601,175.99 |
2019 |
536,377.25 |
398,161.46 |
138,215.79 |
2020 |
155,722.06 |
15,127,54 |
594.52 |
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi
Ünvan: 275 Slater Street, Suite 1203
Ottawa, Ontario K1P 5H9
Canada
İnternet səhifəsi: www.ottawa.mfa.gov.az