Çili Respublikası
Azərbaycan Respublikası və Çili Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Çili Respublikası arasında diplomatik münasibətlər 3 noyabr 1994-cü ildə qurulmuşdur.
Azərbaycanın Çilidə diplomatik nümayəndəliyi 29 noyabr 2013-cü ildə təsis olunmuşdur. Çilinin Azərbaycanda səfirliyi 2018-ci ilin dekabr ayından fəaliyyət göstərir.
18-19 mart 2019-cu il tarixində Elmar Məmmədyarovun Çili Respublikasına rəsmi səfəri olmuşdur. 2019-cu ilin 26 sentyabr tarixində BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində (23-26 sentyabr) xarici işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla Çili Respublikasının xarici işlər naziri Teodoro Neumann arasında görüş keçirilmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupa 5 deputat daxildir. İşçi qrupun rəhbəri işçi Badamov Azərdir.
Çili Respublikasının Milli Konqresinin Senatında Çili-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Qrupa 6 senator daxildir. Qrupa Senator Fransisko Çauan (Francisco Chahuan) rəhbərlik edir.
Çili Respublikasının Milli Konqresinin Deputatlar Palatasında Çili-Azərbaycan Dostluq qrupu fəaliyyət göstərir. Qrupa 17 deputat daxildir və Qabriel Silber Romo qrupun sədridir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycan və Çili arasında ticarət dövriyyəsi 2018-ci il ərzində 3242.36 min ABŞ dolları olmuşdur.
Çilidən Azərbaycan Respublikasına idxalda aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:
- Dondurulmuş balıq növləri və balıq məhsulları;
- Konservləşdirilmiş meyvələr;
- Kimyəvi məhsullar.
Azərbaycan Respublikasından Çiliyə ixracda aşağıdakı üstünlük təşkil etmişdir:
- Xalça;
- Tekstil məhsulları;
- Mexaniki cihazlar və onların hissələri