Waving Flag of Brazil (Animated Gif)

Braziliya Federativ Respublikası

 

Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələr 1992-ci ilin 23 oktyabr tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi 9 may 2012-ci ildə, Braziliya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi isə 22 iyun 2009-cu ildə açılmışdır.

15 noyabr 2017-ci ildə Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyesin Azərbaycana rəsmi səfəri baş tutmuşdur.

 

 

Parlamentlərarası əlaqələr

Səfirliyimiz fəaliyyətə başladıqdan sonra Braziliya Parlamenti ilə mütəmadi olaraq iş aparılmış və nəticədə 4 sentyabr 2013-cü il tarixində Braziliya Parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq qrupu yaradılmışdır. Dostluq qrupunun sədri Kladio Kajadodur. 8 aprel 2014-cü il tarixində Braziliya Milli Konqresinin Senatında da  Braziliya-Azərbaycan Dostluq qrupu yaradılmışdır. Dostluq qrupunun sədri Kristovam Buarkedir. 2012-ci ildə AR Milli Məclisində Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə Dostluq qrupu fəaliyyətə başlamışdır. Qrupun sədri Asim Mollazadədir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında altı sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi 2020-ci il ərzində 85 milyom ABŞ dolları (ixrac 6.6 milyon ABŞ dolları, idxal 78.4 milyon ABŞ dolları) olmuşdur.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti