Argentina Respublikası
Azərbaycan Respublikası və Argentina Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlər 8 noyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyi 1 aprel 2010-cu ildə təsis olunmuşdur. Argentina Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2012-ci ildən etibarən fəaliyyət göstərir.
20-21 mart 2019-cu ildə AR-in xarici işlər naziri Elmar Məmmədyarovun “Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfrans”ında iştirak etmək məqsədilə Argentinaya işgüzar səfəri olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Argentina Respublikası Milli Konqresinin Senatında və Nümayəndələr Palatasında Argentina-Azərbaycan dostluq qrupları mövcuddur.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 25 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu fəaliyyət göstərir. Qrup 2012-ci ilin iyul ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq yaradılmışdır. Argentina və Azərbaycan arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üçün birgə işçi qrupunun ilk iclası 25 noyabr 2014-cü ildə Buenos Ayresdə keçirilmişdir.
Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi
(milyon ABŞ dolları ilə)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2018 |
23,92 |
0,02 |
23,9 |
2019 |
21,19 |
0,004 |
21,15 |
2020 |
26,08 |
5,51 |
20,57 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyi
Ünvan: Maure 2151, Capital Federal, Buenos Aires, (C1426CTN) Argentina
İnternet səhifəsi: www.buenosaires.mfa.gov.az