Waving flag of Sudan (Animated Gif)

Sudan Respublikası

 

Azərbaycan Respublikasının Sudan Respublikası ilə ikitərəfli münasibətləri

 

Azərbaycan ilə Sudan Respublikası arasında diplomatik əlaqələr 25 iyul 1992-ci ildə qurulmuşdur.

Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsi 1 sentyabr 2014-cü il tarixində 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımışdır.

62018-ci il tarixində Qoşulmama Hərəkatının Bakıda keçirilən Nazirlər Konfransı çərçivəsində Sudan Respublikasının Xarici İşlər üzrə dövlət naziri Məhəmməd İdrisi qəbul etmişdir.

25-26 oktyabr 2018-ci il tarixlərində keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmiş Sudan Respublikasının Federal Hökumət naziri Hamid Mohamed Elnour Əhmədi ölkəmizə səfər etmişdir.

5 iyul 2020-ci il tarixində COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Sudan Respublikasına xüsusi reyslə tibbi yardım göndərmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 6 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Sudan arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2016

10.9

-

10.9

2017

93.8

1.8

92.0

2018

76.5

3.0

73.5

2019

35.93

4.40

31.53

2020

3.50

0.00

3.50

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti