Mavritaniya İslam Respublikası
Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında ikitərəfli münasibətlər
1994-cü ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.
24-26 oktyabr 2019-cu il tarixlərində Mavritaniya İslam Respublikasının Xarici İşlər, Əməkdaşlıq və Xaricdə Yaşayan Mavritaniyalılar naziri: cənab İsmail Uld Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mavritaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Seyidzadə Şahin Kamil oğludur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 9 sənəd imzalanmışdır.