Kot-d’İvuar Respublikası
Azərbaycan Respublikası və Kot-d’İvuar Respublikası arasında ikitərəfli münasibətlər
1996-cı ilin 19 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi (AİDA)BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Kot-d’İvuar, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Qvineya, Liviya, Mozambik, Mali və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Kot-d’İvuar Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
İxrac |
İdxal |
Ticarət dövriyyəsi |
2019 |
0.00 |
101.74 |
101.74 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.