Afrika
Mavriki Respublikası
Azərbaycan Respublikası ilə Mavriki Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Mavriki Respublikası arasında diplomatik əlaqələr 19 iyul 1996-cı ildə qurulmuşdur.
4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Madaqaskar Respublikasının Xarici İşlər, Regional İnteqrasiya və Beynəlxalq Ticarət naziri cənab Nandkoomar Bodha iştirak etmişdir.