Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Beynəlxalq təşkilatlar
Azərbaycan - Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) münasibətləri

Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nin üzvüdür və onun əqli mülkiyyət hüquqlarının qorunması və əlaqəli hüquqları əhatə edən 16 sazişinə qoşulmuşdur. 2006-cı ildə ÜƏMT ilə Azərbaycan Respublikası arasında Əməkdaşlıq Proqramı imzalanmışdır.

 

ÜƏMT-nin sabiq baş direktoru Frensis Qarrinin Azərbaycana səfəri çərçivəsində (13-15 may 2014-cü il) AR Hökuməti ilə ÜƏMT arasında Anlaşma Memorandumu imzalanmış, həmin sənədin üzrə 2014-2017-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilmişdir.

 

2012-ci ildə Azərbaycanın Əqli mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilmişdir.

 

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində ÜƏMT-nin Depozitariya Kitabxanası yaradılmışdır.

 

Ölkəmizin bir qrup nümayəndəsi ÜƏMT-nin maliyyə dəstəyi ilə İtaliyanın Turin Universitetində əqli mülkiyyət üzrə magistratura proqramını bitirmişlər.

 

ÜƏMT-nin  sabiq baş direktoru Frensis Qarrinin 2018-ci ilin 4-5 iyun tarixlərində Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında əməkdaşlıq üzrə yeni Anlaşma Memorandumu imzalanmış və həmçinin 2018-2021-ci illəri əhatə edən müvafiq Fəaliyyət Planı təsdiq edilmişdir. Sözügedən sənədlərdə Azərbaycanın milli əqli mülkiyyət strategiyasının işlənilib hazırlanması və həyata keçirilməsi kimi istiqamətlərdə birgə fəaliyyətin inkişaf etdirilməsi də nəzərdə tutulub.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti