Azərbaycan Dünya Bankına 1992-ci ildə, Beynəlxalq Maliyyə Korporasiyasına isə 1995-ci ildə qoşulmuşdur.
Rəhbərlər Şurasında ölkəmizi rəhbər olaraq AR Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, alternativ rəhbər olaraq isə AR İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir.
Azərbaycan ilə əməkdaşlıq 2016 - 2020 illər üzrə Ölkə üzrə Strategiya sənədi əsasında həyata keçirilir. Qeyd edilən strategiya Dünya Bankının Direktorlar Şurası tərəfindən 21 iyun 2015-ci ildə təsdiq edilmişdir. Strategiya 2 əsas sektoru əhatə edir:
- Dövlət sektorunun idarə edilməsi və xidmətlərin göstərilməsi;
- İqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması.
Dünya Bankı tərəfindən Azərbaycanın müxtəlif sektorlarına 54 layihə üzrə 4 mlrd $ dövlət zəmanətli kredit ayrılmışdır. Bundan:
- 51 layihə başa çatmışdır ( 3.6 mlrd $)
- 3 layihə davam edir (511 mln $)
Bitmiş layihələrin sektorlar üzrə bölgüsü:
- nəqliyyat (3 layihə) – 1145 mln $, su təchizatı və kanalizasiya (4 layihə) – 748 mln $, kənd təsərrüfatı (9 layihə) - 353.6 mln $, sosial (13 layihə) – 324.7 mln $, CQD - 400 mln $, digər (21 layihə) - 596.1 mln $
İcrada olan layihələrin sektorlar üzrə bölgüsü:
- nəqliyyat (1 layihə) – 376.5 mln $, ədliyyə (1 layihə) – 100 mln $, kənd təsərrüfatı (1 layihə) - 34.5 mln $.
Dünya Bankında donor qismində iştirak:
- Beynəlxalq İnkişaf Assosiasiyasına 5 mln. $ məbləğində vəsait ayrılmışdır.
Azərbaycan Dövlət Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyasının Aktivlərin İdarəedilməsi Şirkətinin idarə etdiyi 3 fonda (Qlobal İnfrastruktur Fondu, Katalist Fondu, Afrika, Latın Amerika və Karib hövzəsi Fondu) 350 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır.