Uruqvay Şərq Respublikası
Azərbaycan Respublikası və Uruqvay Şərq Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlər 11 yanvar 1995-ci ildə qurulmuşdur. Azərbaycanın Argentinadakı səfirliyi, eyni zamanda Uruqvayda akkreditə olunmuşdur.
22 mart 2019-cu ildə xarici işlər naziri Elmar Məmmədyarov Uruqvaya səfər etmişdir. Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa 2-3 may 2019-cu ildə Bakıda təşkil edilmiş VI Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun rəhbəri Zabelin Mixail Yuryeviçdir. Uruqvay Parlamentində həm Senat, həm də Nümayəndələr palatasının üzvlərindən ibarət dostluq qrupu mövcuddur.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 7 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanla Uruqvay arasında ticarət dövriyyəsi
(Azərbaycan Dövlət Statistika və Gömrük Komitəsinin məlumatlarına istinadən)
(min ABŞ dolları )
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
2018 |
203,94 |
81077,61 |
81281,55 |
2019 |
157.25 |
- |
157.25 |
2020 |
71.45 |
- |
71.45 |
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Uruqvayda akkreditə olunmuş Səfirliyinin Ofisi
Ünvan: Bulevar Artigas 417, Oficina 302, Gamma Tower, Montevideo, CP 11300, Uruguay
İnternet səhifəsi: www.buenosaires.mfa.gov.az