Paraqvay Respublikası
Azərbaycan Respublikası və Paraqvay Respublikası arasında ikitərəfli münasibətlər
İki ölkə arasında diplomatik münasibətlər 20 aprel 2004-cü ildə qurulmuşdur.
20-21 mart 2019-cu ildə xarici işlər naziri E.Məmmədyarovun “Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfrans”ında iştirak etmək məqsədilə Argentinaya işgüzar səfəri çərçivəsində 23 mart tarixində Paraqvaya səfəri baş tutmuşdur.
Parlamentlərarası əlaqələr
24 iyul 2014-cü ildə Paraqvay Respublikası Milli Assambleyasının Senatında, 28 avqust 2014-cü ildə isə Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun yaradılması ilə bağlı qətnamələr qəbul olunmuşdur. Senatda qrupun rəhbəri Xuan Bartolome Ramiresdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanla Paraqvay arasında ticarət dövriyyəsi
(Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına istinadən, min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2018 |
602.76 |
- |
602.76 |
2019 |
97.93 |
- |
97.93 |
2020 |
1 171.41 |
- |
1 171.41 |
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Paraqvay Respublikasının Asunsion şəhərindəki Fəxri Konsulluğu
Ünvan: Sucre Nro. 2509 c/ Denis Roa. Asuncion, Post code 1845, Paraguay