Boliviya Çoxmillətli Dövləti
Azərbaycan Respublikası və Boliviya Çoxmillətli Dövləti arasında ikitərəfli münasibətlər
İki ölkə arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur.
Azərbaycanın Argentinadakı Səfirliyi, eyni zamanda Boliviyada akkreditə olunmuşdur.
Xarici işlər nazirləri səviyyəsində 18 avqust 2017-ci ildə Fernando Uanakuni Mamaninin ölkəmizə rəsmi səfəri olmuşdur. 25-26 oktyabr 2019-cu ildə isə Dieqo Peri Rodriges Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşdur.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 2 sənəd imzalanmışdır.