Qana Respublikası
Azərbaycan Respublikası və Qana Respublikası arasında ikitərəfli münasibətlər
11 sentyabr 1992-ci iltarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Qana Respublikasının Prezidenti Nana Akufo-Addonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirli Ayorkor Botçvey 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur.
2018-ci ilin 25 sentyabr tarixində BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində AR Xarici İşlər naziri Elmar Məmmədyarov Qana Respubikasının Xarici İşlər və Regional İnteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşmüşdür.
1-3 may 2019-cu il tarixində Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri xanım Şirli Botçvey 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasında səfərdə olmuşdur.
4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Qana Respublikasının Xarici İşlər və Beynəlxalq İnteqrasiya naziri xanım Şirli Botçvey iştirak etmişdir.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Qana Respublikası arasında ticarət dövriyyəsi
(min ABŞ dolları)
İl |
İxrac |
İdxal |
Ticarət dövriyyəsi |
2019 |
26.30 |
38.88 |
65.18 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi